USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

idman

“Azeri Today” “Azvision.az”-a xəbər verir ki, günün son oyununda “Neftçi” səfərdə “Sumqayıt” klubunun qonağı olub. “Kapital Bank Arena”da keçirilən görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbsilə başa çatıb.

Bu oyundan sonra xallarını 44-ə çatdıran “Neftçi” yenidən liderliyə yüksəlib, “Sumqayıt” isə 16 xalla sonuncu yerdədir.

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatında mübarizəyə başlayır.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, ilk turda rəqib Çin yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Millinin ən aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov digər turnirlərə hazırlaşmaları səbəbindən Astanaya yollanmayıblar. Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edəcək.

Rəqib komandanın heyətində isə Dinq Liren, Yu Yanqyi, Vey Yi, Bu Syançji və Ni Hua yer alıb.

Bundan başqa Hindistan – İsveç, İran – Rusiya, Misir – ABŞ və İngiltərə – Qazaxıstan qarşılaşmaları da oynanılacaq.

Dünya çempionatı ümumilikdə 9 turdan ibarət olacaq. Yarışa martın 14-də yekun vurulacaq.

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

“Azeri Today” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər.

Ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) bürünc medala sahib olub. Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparır.

Azərbaycanlı peşəkar boksçu Rauf Ağayev WBO (Dünya Boks Təşkilatı) versiyasında dünya kəməri uğrunda reytinq döyüşünə çıxacaq.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, 36 yaşlı idmançı 8 raunddan ibarət görüşdə ABŞ təmsilçisi Jesse Rodrigez Franko ilə qarşılaşacaq.

Duel martın 16-da ABŞ-ın Florida ştatında təşkil olunacaq. Ağayev keçirdiyi bütün görüşlərdə hələ ki məğlub olmayan 19 yaşlı rəqibinin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Rauf Ağayev WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə Avropa və Asiya, WBCA versiyası üzrə dünya kəmərlərinin sahibidir. Boksçunun promoteri Nelson Lopes, meneceri Nurqazi İsmaqametov, şəxsi məşqçisi isə Azərbaycanın əməkdar məşqçisi Yadigar Məmmədovdur.

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək istəyən 9 klub kadr-inzibati, idman, hüquq və infrastruktur meyarları üzrə tələb olunan bütün sənədləri AFFA-ya təqdim edib.

Bu haqda AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. Onun sözlərinə görə, klublardan 8-i Premyer Liqa, 1-i isə I Divizion təmsilçisidir: “Lisenziyalaşdırma dövrü açıq elan olunandan sonra elita ilə yanaşı, bütün I Divizion klubları Premyer Liqa üçün ərizə vermişdilər. Lakin real olaraq bütün sənədləri təqdim etməyə başlayan, mütəmadi əlaqə saxlayan hələlik 1 klubdur.

O qeyd etdi ki, hazırda lisenziyalaşdırma prosesi davam edir.

“Kadr-inzibati, idman, infrastruktur və hüquq meyarları üçün sənəd qəbulunun müddəti başa çatıb. Hüquq meyarında bank zəmanəti və maliyyə meyarı ilə bağlı sənəd qəbulu üçün son tarix 31 martdır. Bu iki meyarda hər hansı sənədin çatışmazlığı aşkar olunarsa, kluba aprelin 10-dək vaxt verilə bilər. Artıq bir neçə klubla danışıq olub, yaxın günlərdə bank zəmanət məktubunu təqdim edəcəklər. Bu baxımdan digər klublarla bağlı problemin olacağını düşünmürəm”.

Qeyd edək ki, hazırda I Divizionda 14 komanda çıxış edir. Onların yarısı Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarıdır.


Futbol ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, AFFA rəhbərliyi, baş katib Elxan Məmmədov, əsas milli komandanın baş məşqçisi Nikola Yurçeviç və 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvləri Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər. 

Premyer Liqa klubları da soyqırımla bağlı sosial şəbəkələrdə maarifləndirici paylaşım edib və faciə qurbanlarını anıblar. 

Cari il martın 14-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərində Ümumdünya Xüsusi Yay Oyunları keçiriləcək.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən alınan məlumatat görə, Yay Oyunlarında Azərbaycandan 56 idmançı iştirak edəcək. Onlar yarışlarda idmanın on növü üzrə güclərini sınayacaqlar.

Xəbərlər