USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

idman

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdoçuların fərdi yarışlarının sonuncu gününün medal qarşılaşmalarına start verilib.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə çıxıb.

90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz hollandiyalı Noel Vant End ilə üz-üzə gəlib. İdmançımız yarışın bürünc mükafatçısı olub.
Eyni zamanda Avropa çempionatı statusu daşıyan cüdo yarışlarının ilk iki günündə Azərbaycan idmançıları 2 medal qazanıblar. Bunadək Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) bürünc mükafat əldə edib.

Ümumilikdə isə bu, idmançılarımızın Minskdə 9-cu medalı (4 gümüş, 5 bürünc) olub.

Qeyd edək ki, bu gün daha üç cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Elmar Qasımov (100 kq) xorvatiyalı Zlatko Kumriç, Uşanqi Kokauri (+100 kq) avstriyalı Stefan Heqi, İrina Kindzerska (+78 kq) ukraynalı Qalina Tarasova ilə qarşılaşacaq.

Azərbaycanın daha bir samboçusu “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən Emil Həsənov 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edib.

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstan kollektivi ilə üz-üzə gəlib.

“Bakcell Arena”da təşkil olunmuş qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Seçmə mərhələdə 3 oyun keçirən Macarıstan bu nəticədən sonra 6-cı xalını qazanıb. Azərbaycan isə hər iki qarşılaşmadan məğlub ayrılıb.

E qrupunun digər oyununda Xorvatiya Uelsi 2:1 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra Xorvatiya və Macarıstan 6 xalla birinci ikinci yerləri bölüşdürür. Uels və Slovakiyanın isə hərəyə 3 xalı var. Azərbaycan isə sıfır xalla sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Bakıda Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.

Bakıda UEFA Avropa Liqasının finalçıları – İngiltərənin“Çelsi” və “Arsenal” komandalarının mükafatlandırma mərasimi keçirilib.

“Azeri Today” xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.

Avropa Liqasının kubokunu isə Çeferin “Çelsi”nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.

Qeyd edək ki, final matçı “Çelsi”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqası finalını 40-a yaxın TV şirkəti işıqlandıracaq.

“Azeri Today” “Oxu.az”-a istinadən xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Azərbaycandakı finalı 300-dən artıq media qurumu stadiondan işıqlandıracaq. Bunların içərisində yerli və xarici media orqanları var.

Qeyd edək ki, “Arsenal” və “Çelsi” bu gün finalda qarşılaşacaq. Final görüşü saat 23:00-da başlayacaq. Bu görüşü Azərbaycanda “CBC Sport” canlı yayımlayacaq.

Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar.

“Azeri Today” “Oxu.Az”-a istinadən xəbər verir ki, gimnastlarımız 17,800 bal toplayıblar. Azərbaycan komandasının tərkibində Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva çıxış edib.

İkinci yerə Rusiya, üçüncü isə Rumıniya komandaları çıxıb.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri – İngiltərənin “Arsenal” klubu bu gün Bakıya gəlib.

“Azeri Today” xəbər verir ki,  komanda Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib və matç günü iştirak ərizəsinə 23 oyunçunun adı daxil ediləcək

Xatırladaq ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq həlledici oyunda “Çelsi” və “Arsenal” klubları qarşılaşacaq.

UEFA İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanı Bakıdakı Avropa Liqasının finalına gətirməməsinə münasibət bildirib.

“Azeri Today” “Evening Standard”a istinadən xəbər verir ki, qurum bunun 30 yaşlı yarımmüdafiəçinin şəxsi qərarı olduğunu vurğulayıb.

Bildirilib ki, UEFA Mxitaryan üçün London təmsilçisinə böyük təhlükəsizlik planı təqdim edib: “UEFA oyunçu ilə bağlı Azərbaycanın ali hakimiyyət orqanlarından təhlükəsizliyi ilə bağlı təminat alıb. Bu zəmanətlər nəticəsində hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib. “Arsenal” UEFA və Azərbaycan hökumətinin bu məsələdə səy göstərdiyini qəbul edir. Biz klubun futbolçu ilə finala getməmə qərarına hörmətlə yanaşırıq”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.

Azərbaycanın Gənclər və İdman Nazirliyi “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının finalı ilə əlaqədar təhlükəsizlik məsələsinə dair açıqlama verib.

Açıqlamada bunlar qeyd olunur:

“Henrix Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi məsələsinə gəldikdə, bildirmək istərdik ki, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır”.

Qeyd edək ki, “Arsenal” klubu təhlükəsizlik təminatına dair məktub almadığını iddia edir.

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

“Azeri Today”-ın bildirdiyinə görə, 73 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulu üstələyib.

H.Heydərov rəqibini cərimə xalları hesabına yenib.

Eyni çəki dərəcəsindəki Rüstəm Orucov kosovolu Akil Qjakova, Telman Vəliyev isə rusiyalı Denis Yartsevə qalib gələrək bürünc medala sahib olublar.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb. Turnirə mayın 12-də yekun vurulacaq.

Xəbərlər