USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

idman

Almaniyanın Frayzinq şəhərində yeniyetmə oğlanlar arasında U16 Avropa Çempionatı C Divizionunun (Priştina, Kosovo) və kişilər arasında kiçik ölkələrin Avropa Çempionatı C Divizionunun (Limerik, İrlandiya) püşkatma mərasimi keçirilib.

Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq.

16 yaşadək oğlan basketbolçulardan ibarət yığma isə C divizionunda qüvvəsini sınayacaq. Püşk komandamızı A qrupunda Uels, Andorra, Moldova və Şotlandiyaya rəqib edib. Qrupun qarşılaşmaları iyulun 11-19-da Kosovanın paytaxtı Priştinada keçiriləcək.

Digər qrupda meydan sahibləri ilə yanaşı, Albaniya, Ermənistan, San-Marino, Cəbəllütariq və Malta gücünü yoxlayacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda «Düdelanj»–«Qarabağ» futbol matçı zamanı baş verən təxribatla əlaqədər o ölkədəki səfirinə tapşırıq verib.

«Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib» – deyə Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Xatırladaq ki, «Qarabağ» UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində «Düdelanj»ı 1:4 hesabı ilə məğlub edib.

Qarabağ Futbol Klubu
Qarabağ Futbol Klubu

Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İtaliya təmsilçisi Luici Sentraççio ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən azərbaycanlı olimpiya çempionu bürünc medal qazanıb.

Daha öncə Kamran Süleymanov 60 kq çəkidə gümüş medala sahib olub.

Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibidir.

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan 31 yaşlı pəhləvanın rəqibi rumıniyalı Emiliya Alina Vuç olub. Görüş təcrübəli güləşçinin qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın əvvəllərində Vuça passiv güləşdiyi üçün xəbərdarlıq edilib. Fasiləyə Stadnik 5:0 hesabı ilə öndə çıxıb. O, ikinci hissədə daha 8 xal alaraq inamlı qələbəyə nail olub – 13:0.

Bununla da Stadnik karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk belə uğurunu 2009-cu ildə Almaniyanın Dortmund şəhərindəki mundialda əldə edib.

Hazırda Azərbaycan millisinin aktivində 1 dəst medal var. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Stadnik həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Digər qadın güləşçilərdən Elis Manolova (65 kq) bürünc medal uğrunda güləşəcək, Tatyana Omelçenko (59 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Hər iki qarşılaşma sentyabrın 19-da olacaq.

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Elis Manolova 1/4 final görüşünü keçirib.

“Azeri Today”-ın “Report”-a istiandən məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan təcrübəli idmançının rəqibi türkiyəli Kadriye Aksoy olub.

Görüşü vaxtından əvvəl qələbə ilə başa vuran Manolova yarımfinala yüksəlib – 5:0.

Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində beşinci oyununu keçirib.

“Azeri Today” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv “Bakcell Arena”da Xorvatiya yığmasını qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və Azərbaycan yığması seçmə mərhələdə ilk xalını qazanıb.

Futbol üzrə Azərbaycan milli komandası bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

“Azerin Today”ın məlumatına görə, oyun bu gün saat 22:45-də Kardiff şəhər stadionunda keçiriləcək.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu maltalı hakimlər idarə edəcəklər.

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” Şimali İrlandiya təmsilçisi “Linfild”lə qarşılaşıb.

“Azeri Today”ın məlumatına əsasən, Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Əvvəlcə, 6-cı dəqiqədə Xayme Romero hesabı açıb. “Qarabağ” 89-cu dəqiqədə hesabı artırıb. Abdulla Zubir komandasının ikinci qoluna imza atıb.

Rəqibin sonuncu dəqiqədə vurduğu qol ümumi nəticəyə təsir etməyib.

İlk qarşılaşmada səfərdə 2:3 hesabı ilə məğlub olmuş ağdamlılar bu qələbə sayəsində Avropa Liqasında ümumilikdə beşinci dəfə qrup mərhələsində oynamağa haqq qazanıb.

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib.

Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. Babaşov avqustun 3-də həlledici görüşə çıxıb. İranlı güləşçiylə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verən Ziya gümüş medalı boynundan asıb.

Nihat Məmmədli debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.

Xasay Həsənli təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkməyib. Xasay növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq Həsənli 1/4 finalda iranlı həmkarına minimal fərqlə uduzub.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

“Azəri Today” xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;

ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;

üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;

komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbərlər