USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

“Bildiyiniz kimi, Bakının “Sovetski” kimi tanınan ərazisi ilə bağlı xüsusi plan hazırlanır”.

“Azeri Today”ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər işləyir, maraqlı təkliflər hazırlanır, yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Azeri Today” xəbər verir ki, sərəncamla baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11 milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, onlardan 8 nəfərə yerində yardım edilib: “14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərara dəyişiklik edilib.

“Azeri Today” “Report”-a istinadən bildirir ki, dəyişikliyə görə, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, 2019-cu il martın 1-dən sözügedən şəxslərin əmək haqları aşağıdakı məbləğlərdə müəyyən edilib:

“Azeri Today” “Azertac”-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının əhatə etdiyi həssas qruplara aid olan 577 min nəfərdən 73 minə yaxını sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur.

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan 150 manat müavinət və 50 manat təqaüd formasında ümumilikdə 200 manat təşkil edəcək.

Həbsdə olan bloqer Mehman Hüseynov azadlığa buraxılıb.

“Azeri Today” “Oxu.Az”-a istinadən xəbər verir ki, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.Hüseynov bu gün cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxılıb.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 2-dən həbsdə idi. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılmışdı.

Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Onun barəsində ötən il dekabrın 26-da isə 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı. Məlumata görə, 14 saylı Cəzaçəkmə Müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum M.Hüseynov müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Daha sonra Prezident İlham Əliyev M.Hüseynovla bağlı qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib.

Prezidentinin tövsiyələrinə uyğun olaraq, Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, onun barəsindəki cinayət işinin icraatına xitam verilib.

“Skyscanner” turist axtarış sisteminin ekspertləri 2019-cu ildə məzuniyyət keçirmək üçün ən çox büdcəli ölkələrin reytinqini tərtib edib.

“Azeri Today” “Report”-a istinadən bildirir ki, ekspertlər reytinqin tərtibi zamanı 2 nəfər üçün iki həftəlik müddətə səyahətçilərin, demək olar, bütün xərclərini – uçuş xərcləri, yaşayış qiyməti (orta hesabla), qidalanma və əyləncə üçün xərcləri nəzərə alıblar.

Belarus 1,38 min dollar (uçuşa görə 325 dollar) büdcə ilə reytinqin birinci sırasında qərarlaşıb. Səyahətin dəyəri 1,44 min dollar təşkil edən Moldova ikinci yerdədir.

Azərbaycan bu reytinqdə 10-cu yeri tutub. “Odlar Yurdu”na səyahət 1,72 min dollara başa gələcək ki, bunun da 530 dolları uçuş xərcidir.

Azərbaycanda iki ay ərzində yeni ekoturizm konsepsiyası hazırlanacaq.


“Azeri Today” “Report”-a istinadən xəbər veriri ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması departamentin direktoru Hikmət Əlizadə deyib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması departamentin direktorunun sözlərinə görə, xarici ekspertlərlə birlikdə bu istiqamətdə işlər aparılır: “Dövlət Turizm Agentliyinin dəvəti ilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert milli parklarımızla tanış olub. O, parklarımızı çox bəyənib. Apreldə isə Çexiyadan ekspert gələcək. O, bizə milli parklarımızda nişanlama işlərinin aparılmasına yardım edəcək”.

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna martın 11-dən aprelın 11-dək müsabiqə elan edilib.

İclasda həmçinin MEDİAART şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Bakı metrosunda vaqon parkının yenilənməsi də son 5 ilin ən böyük nailiyyətlərindəndir”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteni” QSC-nin yaradılmasının 5 illiyi ilə bağlı yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, ilk dəfə 2015-ci ildə alınmış müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, əlavə daha 30 yeni vaqon alınmaqla park yeniləşdiriləcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı olacaq, metropolitenin lokomotiv parkı əsaslı şəkildə yenilənəcək. 

Xəbərlər