USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Bu ilin 5 ayı ərzində əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 45 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilən qanun pozuntularının aradan qaldırılması təmin edilib.

“Azeri Today”-ın bildirdiyinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, müxtəlif orqanlardan daxil olan materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Rəis müavini qeyd edib ki, törədilən inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 764300 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub: “Dövr ərzində istehsalatla əlaqəli sayılan 88 bədbəxt hadisənin təhqiqatı aparılıb, 3-ü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub”.

İ.Məmmədov əlavə edib ki, 5 ayı ərzində Xidmətin vəzifəli şəxsləri vətəndaşlardan daxil olan 3341 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatların göndərdiyi 2472 məktub və sorğunu araşdıraraq cavablandırıb.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan bu vilayətə gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.

Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Bu məlumat müxtəlif laborator ekspertizalarla təsdiqini tapıb.

Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.

Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.

“Azeri Today” TASS-a istinadən xəbər verir ki, tankerin göyərtəsində ümumilikdə 12 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyənin Ankara şəhərinə güclü yağış yağıb.

Dailymotion.com xəbər verir ki, axşam saatlarından başlayan güclü yağış nəticəsində yollar iflic olub, avtomobillər yolun ortasında qalıb.

Bir çox ticarət obyektlərinin sahiblərinə güclü zərər dəyib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

“Oxu.az” xəbər verr ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki-leytenantı Knyaz Həsənov işdən azad olunaraq Şabran rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini təyin edilib.

Nazirin digər əmrə əsasən, polis mayoru Nəvayi Qasımov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavin təyin edilib

Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov özünün Moskvada, əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Bu barədə Oxu.Az-a İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin Bakı Ofisinin nümayəndəsi Elçin Axundzadə məlumat verib.

İyunun 7-də Fuad Abbasov deportasiya edilməsi barədə qərara uyğun olaraq Bakıya uçmalı idi.

O hüquq müdafiəçilərinə müraciət edərək bildirib ki, Moskva-Bakı reysi ilə aviabilet alaraq, Azərbaycana qayıtmağı planlaşdırıb. Lakin yolda olarkən onların avtomobili geri qaytarılıb və jurnalist saxlanılıb.

Fuad Abbasov bildirib ki, əgər onun ölkədən deportasiya olunması barədə qərar qüvvədədirsə, o azad edilməli və Bakıya göndərilməlidir. Əgər deportasiya haqqında qərar qanunsuz elan edilibsə, bu halda onun əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanması qanuna ziddir.

Bu səbəbə görə də Fuad Abbasov aclıq elan edib.

Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətinə baxılıb.  

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Məhkəmənin qərarına əsasən, F.Abbasov on gün ərzində Rusiyadan deportasiya edilməlidir. 

Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Z. Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə təltif edilib.

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Binanın doqquzuncu mərtəbəsində başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəbərlər