USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

İyulun 2-də Sədərək rayonunda bir şəhid ailəsinə, sağlamlıq imkanları məhdud iki Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən bir nəfərə yeni mənzillər təqdim olunub.

Mənzillə təmin olunanlar şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayevdir.

Azəbaycanda Qusar və Quba rayonları ərazisində, dağlıq ərazilərdə yağıntı müşahidə olunub.

Əraziyə yağıntı normadan artıq düşüb. Qubanın bəzi yaşayış məntəqələrində 12 saat ərzində düşən yağıntının miqdarı 30 mm ötüb. Bu da xüsusi təhlükəli meteoroloji hadisə kimi qiymətləndirilir.

Yağıntının çox olması çaylarda suyun səviyyəsini 50-70 sm-ə qədər artırıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurub.

“Azeri Today” xəbər verir ki, hərbi hissədə hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) iki şöbə rəisi işdən çıxarılıb.

Bununla bağlı qurumun bu gün keçirilən müşavirəsində qərar verilib.

Məlumata əsasən, xidmətin Bərdə rayon şöbəsinin rəisi tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Bundan başqa, SHXÇDX-nin Daxili təhqiqat şöbəsinin rəisi, polkovnik Həsrət İsmayılov həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə müvafiq əmrlə Dövlət Xidmətindən tərxis olunub.

Azərbaycan və Ermənistan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərəyə bir vətəndaşı geri qaytarıblar.

Bu barədə məlumat yayan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib ki, danışıqlar Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq aparılıb.

“Əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər”.

Məlumata görə, girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.

“Azeri Today” bildirir ki, Binəqədi rayon Polis İdarəsində ona icazəsiz yürüş təşkil etmək cəhdi ilə bağlı xəbərdarlıq edilib.

Xəbərdarlıq edildikdən sonra Ə. Kərimli sərbəst buraxılıb.

“Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur”.

“Azeri Today” xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd etdi ki, hazırda ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

Ə.Qarayevin bildirdiyinə görə, Hirkan milli parkının meşələri üçün İranın da UNESCO-ya təqdimat verməsi nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsinin vahid məkan kimi təqdim etmək istəyirik. Bu gələcəyin məsələsidir. Naxçıvanın türbələrini də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər potensialı var. Bir neçə nominasiyamız namizəd kimi təqdim olunub. UNESCO-nun müsbət cavabı gələndən sonra onların adlarını açıqlayacağıq”.

Prezident İlham Əliyev “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında” sərəncam imzalayıb.

“AZƏRTƏC” xəbər verir ki, sərəncamla “Nəsimi ili” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi tədbirlərin maddi təminatı üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

“Azeri Today” FHN-ə istinadən xəbər verir ki,yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi (120 nəfər) və texnikası (18 ədəd) cəlb edilib.

yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər