USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

bölgə

İstanbulda təkrar bələdiyyə sədri seçkilərində rəqibim Əkrəm İmamoğlu öndədir.

“Azeri Today” xəbər verir ki, bunu canlı efirdə hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ə.İmamoğlunu təbrik etdiyini bildirib:

“İmamoğlunun İstanbula gözəl xidmət etməsini arzulayıram”.

İlkin nəticələrə görə, Əkrəm İmamoğlu 53,69 faiz, Binəli Yıldırım isə 45,39 faiz səs toplayıb.

Polisin xüsusi təyinatlı qüvvələri Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyasını dağıdıb.

“Sputnik” bildirir ki, polis əməkdaşları mitinq iştirakçılarının həbsinə başlayıb.

Aksiya iştirakçılarına qarşı iki dəfə gözyaşardıcı qaz tətbiq olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb.

Parlamentin binası qarşısında yaranan qarşıdurma zamanı 70-ə yaxın insan xəsarət alıb. Onlardan 30 nəfərinın etirazçı, 39 nəfərinın polis əməkdaşı olduğu bildirilir.

Yaralananlar arasında jurnalistlər də var.

Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.

“Azeri Today” TASS-a istinadən xəbər verir ki, tankerin göyərtəsində ümumilikdə 12 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyənin Ankara şəhərinə güclü yağış yağıb.

Dailymotion.com xəbər verir ki, axşam saatlarından başlayan güclü yağış nəticəsində yollar iflic olub, avtomobillər yolun ortasında qalıb.

Bir çox ticarət obyektlərinin sahiblərinə güclü zərər dəyib.

Gürcüstan prezidenti Salome Zurabişvili 28 May – Respublika Günü münasibətilə Azərbaycanın Tbilisidəki səfirliyində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Bununla bağlı Gürcüstan Prezidentinin saytı məlumat yayıb.

O, səfirlikdə çıxışı zamanı son zamanlar Gürcüstan və Azərbaycan arasında mübahisəli sərhəd zonaları ilə bağlı ajiotaj yaradanları tənqid edib:

“Son günlər iki dost ölkə arasında danışıqlar komissiyası yolu ilə həll olunan bəzi məsələlər ətrafında ajiotajlar eşidirik. Bizi başqa yolla aparmaq istəyən indi keçmişdədir. Həmin keçmişdə ki biz ora qayıtmayacağıq. Bu siyasi manipulyasiya iki ölkəyə, sülhə, Qafqazda stabilliyə və inkişafa zərər vurur. Bu, heç kimə lazım deyil və biz yaxşı başa düşürük ki, son hədəfə çatmaq üçün ortaq mübarizə başlamışıq”.

Zurabişvili əmin olduğunu bildirib ki, tərəflər həm Gürcüstan, həm də Azərbaycan üçün uyğun olacaq qərar qəbul edə biləcəklər. Onun sözlərinə görə, danışıqların gözəlliyi bundadır.

Prezident bir daha qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər dostluq və ümumi maraqlara əsaslanır.

Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ olub.

“Azeri Today” “İnterfaks”-a istinadən xəbər verir ki, nəticədə Buynaksk şəhərində beş məktəb, uşaq bağçası və gimnaziyanın yerləşdiyi binalara ziyan dəyib.

Şəhər ətrafında yerləşən qəsəbələrin birində 20 fərdi ev ziyan görüb.

Yerli sakinlər sosial şəbəkələrdə zəlzələdən sonra evlərinin düşdüyü vəziyyəti əks etdirən videolar paylaşıblar.

Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısına telefonla zəng edib.

“Azeri Today”-ın bildirdiyinə görə, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Məlumatda bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövləti başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Rusiyanın Moskva şəhərində baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında azərbaycanlılar olmayıb.

Bu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

“Moskvada baş vermiş təyyarə qəzasında ölənlər və yaralılar arasında Azərbaycan vətəndaşı yoxdur”, – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, dünən baş verən hadisə zamanı 41 nəfər ölüb, 37 nəfər xilas olub.

“Son bir ildə Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb”.

“Azeri Today” “RUSARMİNFO”ya istinadən xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Karitas” Fondunun rəhbəri Armine Yepremyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2019-cu ilin aprelində 50 Ermənistan vətəndaşı Almaniyadan deportasiya edilib və ölkələrinə geri qaytarılıb.

A.Yepremyan bildirib ki, son bir ildə sığınacaq üçün Almaniyaya getmiş 218 erməni ailəsindən 148-i geri qaytarılıb.

Sayt yazıb ki, erməni ailələri Almaniyadan azərbaycanlı soyadı ilə qaçqın statusu almağa cəhd edirlər. Məlumata görə, Almaniyanın Miqrasiya Xidmətinin əməkdaşları bir müddət əvvəl “Vormser Zeitung” qəzetinə bildiriblər ki, Ermənistan vətəndaşlarının azərbaycanlı soyadı ilə Almaniyadan sığınacaq almağa çalışmalarına dair faktlar aşkarlayıblar.

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedevi evində qəbul edib.

“”Azeri Today” Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Medvedevin səfərini önəmli adlandırıb.

Baş nazir qeyd edib ki, öz evində ancaq “qiymətli qonaqları” qəbul edir.

Qeyd edək ki, Medvedev 30 apreldə İrəvanda keçirilən Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Xəbərlər