USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

bölgə

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinin (ZRK) komponentlərinin ilk partiyası Ankaraya tədarük edilib.

“Habertürk”ün məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan paytaxtı Yerevan şəhərinin elektrik təchizatında fasilə yaranıb və bununla əlaqədar hazırda metrodan sərnişinlər təxliyyə olunurlar.

“Azeri Today” Ermənistan KİV-lərə istinadən xəbər verir ki, paytaxtın hər yerində elektrik təchizatı dayandırıldığından telefon rabitəsi və internetdə də çətinliklər yaranıb.

“Ermənistan Elektrik Şəbəkələri” QSC-dan hadisənin səbəblərini müəyyənləşdirmək üçün yoxlamalar aparıldığını bildiriblər.

Baş nazir müavini Tiqran Aviniyan “Facebook” səhifəsində enerji sistemindəki qəza ucbatından Yerevan İES-in və Razdan İES-in 5-ci blokunun fəaliyyətini dayandırdığını açıqlayıb.

Baş nazir müavini İstilik Elektrik Stansiyalarında baş verən qəza ilə bağlı ölkə boyu elektrik təchizatının dayana biləcəyini bildirib.

Bu gün Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin anbarında partlayış olub.

REN TV bildirir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda Arısda hərbi hissənin yaxınlığındakı evlərdən sakinlərin təhlükəsizlik məqsədilə Şımkənd şəhərinə təxliyyəsinə başlanıb.

Ölən və yaralılar barədə məlumat daxil olmayıb.

İstanbulda təkrar bələdiyyə sədri seçkilərində rəqibim Əkrəm İmamoğlu öndədir.

“Azeri Today” xəbər verir ki, bunu canlı efirdə hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ə.İmamoğlunu təbrik etdiyini bildirib:

“İmamoğlunun İstanbula gözəl xidmət etməsini arzulayıram”.

İlkin nəticələrə görə, Əkrəm İmamoğlu 53,69 faiz, Binəli Yıldırım isə 45,39 faiz səs toplayıb.

Polisin xüsusi təyinatlı qüvvələri Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyasını dağıdıb.

“Sputnik” bildirir ki, polis əməkdaşları mitinq iştirakçılarının həbsinə başlayıb.

Aksiya iştirakçılarına qarşı iki dəfə gözyaşardıcı qaz tətbiq olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb.

Parlamentin binası qarşısında yaranan qarşıdurma zamanı 70-ə yaxın insan xəsarət alıb. Onlardan 30 nəfərinın etirazçı, 39 nəfərinın polis əməkdaşı olduğu bildirilir.

Yaralananlar arasında jurnalistlər də var.

Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.

“Azeri Today” TASS-a istinadən xəbər verir ki, tankerin göyərtəsində ümumilikdə 12 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyənin Ankara şəhərinə güclü yağış yağıb.

Dailymotion.com xəbər verir ki, axşam saatlarından başlayan güclü yağış nəticəsində yollar iflic olub, avtomobillər yolun ortasında qalıb.

Bir çox ticarət obyektlərinin sahiblərinə güclü zərər dəyib.

Gürcüstan prezidenti Salome Zurabişvili 28 May – Respublika Günü münasibətilə Azərbaycanın Tbilisidəki səfirliyində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Bununla bağlı Gürcüstan Prezidentinin saytı məlumat yayıb.

O, səfirlikdə çıxışı zamanı son zamanlar Gürcüstan və Azərbaycan arasında mübahisəli sərhəd zonaları ilə bağlı ajiotaj yaradanları tənqid edib:

“Son günlər iki dost ölkə arasında danışıqlar komissiyası yolu ilə həll olunan bəzi məsələlər ətrafında ajiotajlar eşidirik. Bizi başqa yolla aparmaq istəyən indi keçmişdədir. Həmin keçmişdə ki biz ora qayıtmayacağıq. Bu siyasi manipulyasiya iki ölkəyə, sülhə, Qafqazda stabilliyə və inkişafa zərər vurur. Bu, heç kimə lazım deyil və biz yaxşı başa düşürük ki, son hədəfə çatmaq üçün ortaq mübarizə başlamışıq”.

Zurabişvili əmin olduğunu bildirib ki, tərəflər həm Gürcüstan, həm də Azərbaycan üçün uyğun olacaq qərar qəbul edə biləcəklər. Onun sözlərinə görə, danışıqların gözəlliyi bundadır.

Prezident bir daha qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər dostluq və ümumi maraqlara əsaslanır.

Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ olub.

“Azeri Today” “İnterfaks”-a istinadən xəbər verir ki, nəticədə Buynaksk şəhərində beş məktəb, uşaq bağçası və gimnaziyanın yerləşdiyi binalara ziyan dəyib.

Şəhər ətrafında yerləşən qəsəbələrin birində 20 fərdi ev ziyan görüb.

Yerli sakinlər sosial şəbəkələrdə zəlzələdən sonra evlərinin düşdüyü vəziyyəti əks etdirən videolar paylaşıblar.

Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısına telefonla zəng edib.

“Azeri Today”-ın bildirdiyinə görə, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Məlumatda bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövləti başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbərlər