USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

bölgə

“ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır”.

“Azeri Today” xəbər verir ki, bu fikirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında bu təşkilatın hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak bildirib.

O deyib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi gerçək olaraq qalır.

M.Layçak Moldovanın Trans-Nistru bölgəsində son illər əldə edilən irəliləyişin pozulması ehtimalının olduğunu da diqqətə çatdırıb.

“Böhran və münaqişələrin həlli üçün əlimdə hansısa sehrli çubuq yoxdur. Münaqişələri həll etmək üçün dialoq yaradılması üçün ATƏT-in yeni kanallar açmaq səylərinin hədsiz dəyərə malik olduğunu düşünürəm. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq”, – ATƏT sədri vurğulayıb.

Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi başlayıb.

“Azeri Today” xəbər verir ki, açılış mərasiminin keçirildiyi İpsala qəsəbəsi TANAP-ın MS4 ölçü stansiyasının yerləşdiyi və Avropaya Azərbaycan qazını nəql edəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilən ərazidir.

Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1-in tikintisinə 2016-cı il mayın 20-də başlanıb. Bu hissədə sınaq qazının vurulması işlərinə aprelin 15-də başlanılıb. İyunun 15-də “Şahdəniz” qazı Türkiyə-Yunanıstan sərhəddinə çatıb.

Dekabrın 5-6-da Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının XXVI iclası keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, tədbirdə NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu artırması ilə yanaşı, postsovet ölkələri ərazisindəki münaqişələri də gündəmə gətirmək niyyətindədirlər:

“Rusiya nümayəndə heyətinin aralarında Ukraynanın şərqi, Trans Nistru, Dağlıq Qarabağ da olmaq şərti ilə münaqişələrin həllində ATƏT-in səylərinə, Cənubi Qafqazdakı sabitliyə dair Cenevrə müzakirələrindəki həmsədrliyinə, Balkanlardakı fəaliyyətinə dəstək ifadə edəcəyi gözlənilir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il dekabrın 2-3-də Azərbaycana rəsmi səfər edəcək.

“Azeri Today”-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, səfər çərçivəsində S.Lavrovun ölkə rəhbərliyi ilə, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulduğunu söyləyib.

“İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar sahələrdəki başlıca məsələlərə dair dialoq davam etdiriləcək. Həmçinin xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmələr planının da imzalanacağı nəzərdə tutulur”, – M.Zaxarova vurğulayıb.

XİN sözçüsü iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində ikitərəfli, regional və beynəlxalq məsələlərə diqqət yetiriləcəyini vurğulayıb: “Regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli perpektivləri də tərəflərin diqqət mərkəzində olacaq”.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin açıqlamalarında dəfələrlə göstərilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi planı bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu təmin etməlidir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin danışıqlar prosesində iştirakını və Dağlıq Qarabağa qayıtmalarını şərh edərkən deyib.

Danışıqlar formatı mövzusuna toxunan diplomat qeyd edib ki, bu sual iştirakçıların tərkibini müəyyənləşdirib razılığa gəlməli olan tərəflərə ünvanlanmalıdır: “İndi danışıqlar prosesi, bildiyiniz kimi, Azərbaycan və Ermənistan səviyyəsində aparılır və iki paytaxt arasında, iki dövlət arasında müvafiq razılaşmalar əldə olunarsa, biz də öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Bir daha qeyd edim ki, iki dövlət arasında əldə ediləcək razılaşmaları dəstəkləyəcəyik”.

Bu ilin 10 ayı ərzində Gürcüstan Azərbaycana 400 mln. 350,7 min dollar dəyərində məhsul ixrac edib.

“Azeri Today” xəbər verir ki, bunu ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 4,1% artıb.Azərbaycan Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

İranda benzinin bahalaşması ilə əlaqədar başlayan etirazlardan sonra ölkədə internet kəsilib və bu məhdudiyyət hələ də davam edir.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət ölkənin Təhlükəsizlik Şurası tərəfindən tətbiq olunub və bu barədə bütün internet provayderlərinə göstəriş verilib.

İranın şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələlərin episentri Təbriz şəhərindən cənub-şərqdə 156 kilometr məsafədə qeydə alınıb.

Dağıntılar və təlafat barədə məlumat verilməyib. İranda baş vermiş zəlzələ Azərbaycanın bir sıra rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

Türkiyənin Müdafiə Nazirliyi “Barış bulağı” hərəkatı çərçivəsində yerli əhaliyə atəş açıldığına dair xəbərlərin yalan olduğunu açıqlayıb.

“Azeri Today”-ın “APA”-ya istinadən xəbərinə görə, nazirliyin yaydığı açıqlamada bildirilib ki, “Barış bulağı” hərbi əməliyyatının keçirildiyi ərazidə mina və digər partlayıcıların təmizlənməsi Türkiyə hərbçiləri tərəfindən davam etdirilir: “Bu fəlaiyyət çərçivəsində bölgədə olan koalisiya ölkə vətəndaşlarına və yerli əhaliyə atəş açılmasına dair mediada yayılan xəbərlər həqiqəti əks etdirmir. Haqqımızda yayılan xəbərlər yalandır”.

Qeyd edək ki, bu gün Rusiyanın Suriyadakı Tərəflərin Uzlaşması Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov ərazidə Türkiyə silahlılarının ABŞ hərbi konvoyuna atəş açdıqları barədə amerikalı həmkarlarından məlumat aldığını bildirib.
O, əlavə edib ki, atəş nəticəsində ölüm faktı qeydə alınmayıb.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəd bölgəsinə, “Barış bulağı” əməliyyatının komanda-qərargahının yerləşdiyi Şanlıurfaya səfər edib.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, R. T. Ərdoğanı Türkiyə Daxili İşlər naziri Süleyman Soylu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan müşayiət edib.

Türkiyə Prezidentini Müdafiə naziri Hulusi Akar, ordu komandanları, Şanlıurfa valisi Abdullah Erin və digər şəxslər qarşılayıb. R. T. Ərdoğan “Barış bulağı” əməliyyatının komanda-qərargahında olub, “Barış bulağı” əməliyyat zonasındakı son durum barədə məlumat alıb.

Daha sonra Türkiyə Prezidenti Şanlıurfa şəhərinə gəlib, yerli sakinlərlə görüşüb.

Xəbərlər