USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

bölgə

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin Müdafiə naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.

Protokola uyğun olaraq, Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.

Ukraynaya məxsus sərnişin təyyarəsi İranın İmam Xomeyni adına beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

“Azeri Today” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəzanı hava limanının rəhbəri təsdiq edib. Təyyarənin göyərtəsində 180 sərnişin olub.

Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Türkiyənin Müdafiə Nazirliyindən Liviyaya hərbi yardım göndərilməsi ilə bağlı açıqlama verilib.

“Əmr verildiyi anda Türkiyə Silahlı Qüvvələri hər an, hər yerdə vəzifəsini icra etmək qabiliyyətinə sahib bir ordudur və burada da öz vəzifəsini yerinə yetirməyə hazırdır”, – Türkiyə MN-dən bildirilib.

Ümid edirik ki, Rusiya, Azərbaycan və İran Prezidentlərinin sammiti tezliklə keçiriləcək.

“Azeri Today” xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

O bildirib ki, İran Prezidenti Həsən Ruhani və Rusiya dövlət başçısı Vladimir Putinin təqdim etdiyi regional təşəbbüslər nəzərə alınsa, sammitlərin sayının çoxaldığını demək olar.

“Bu ilin avqust ayında Soçidə Rusiya-Azərbaycan-İran sammiti planlaşdırılırdı. Lakin bu, təxirə salındı. Ümid edirik ki, görüş tezliklə keçiriləcək”, – deyə səfir K.Cəlali əlavə edib.

“ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır”.

“Azeri Today” xəbər verir ki, bu fikirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında bu təşkilatın hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak bildirib.

O deyib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi gerçək olaraq qalır.

M.Layçak Moldovanın Trans-Nistru bölgəsində son illər əldə edilən irəliləyişin pozulması ehtimalının olduğunu da diqqətə çatdırıb.

“Böhran və münaqişələrin həlli üçün əlimdə hansısa sehrli çubuq yoxdur. Münaqişələri həll etmək üçün dialoq yaradılması üçün ATƏT-in yeni kanallar açmaq səylərinin hədsiz dəyərə malik olduğunu düşünürəm. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq”, – ATƏT sədri vurğulayıb.

Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi başlayıb.

“Azeri Today” xəbər verir ki, açılış mərasiminin keçirildiyi İpsala qəsəbəsi TANAP-ın MS4 ölçü stansiyasının yerləşdiyi və Avropaya Azərbaycan qazını nəql edəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilən ərazidir.

Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1-in tikintisinə 2016-cı il mayın 20-də başlanıb. Bu hissədə sınaq qazının vurulması işlərinə aprelin 15-də başlanılıb. İyunun 15-də “Şahdəniz” qazı Türkiyə-Yunanıstan sərhəddinə çatıb.

Dekabrın 5-6-da Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının XXVI iclası keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, tədbirdə NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu artırması ilə yanaşı, postsovet ölkələri ərazisindəki münaqişələri də gündəmə gətirmək niyyətindədirlər:

“Rusiya nümayəndə heyətinin aralarında Ukraynanın şərqi, Trans Nistru, Dağlıq Qarabağ da olmaq şərti ilə münaqişələrin həllində ATƏT-in səylərinə, Cənubi Qafqazdakı sabitliyə dair Cenevrə müzakirələrindəki həmsədrliyinə, Balkanlardakı fəaliyyətinə dəstək ifadə edəcəyi gözlənilir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il dekabrın 2-3-də Azərbaycana rəsmi səfər edəcək.

“Azeri Today”-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, səfər çərçivəsində S.Lavrovun ölkə rəhbərliyi ilə, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulduğunu söyləyib.

“İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar sahələrdəki başlıca məsələlərə dair dialoq davam etdiriləcək. Həmçinin xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmələr planının da imzalanacağı nəzərdə tutulur”, – M.Zaxarova vurğulayıb.

XİN sözçüsü iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində ikitərəfli, regional və beynəlxalq məsələlərə diqqət yetiriləcəyini vurğulayıb: “Regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli perpektivləri də tərəflərin diqqət mərkəzində olacaq”.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin açıqlamalarında dəfələrlə göstərilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi planı bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu təmin etməlidir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin danışıqlar prosesində iştirakını və Dağlıq Qarabağa qayıtmalarını şərh edərkən deyib.

Danışıqlar formatı mövzusuna toxunan diplomat qeyd edib ki, bu sual iştirakçıların tərkibini müəyyənləşdirib razılığa gəlməli olan tərəflərə ünvanlanmalıdır: “İndi danışıqlar prosesi, bildiyiniz kimi, Azərbaycan və Ermənistan səviyyəsində aparılır və iki paytaxt arasında, iki dövlət arasında müvafiq razılaşmalar əldə olunarsa, biz də öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Bir daha qeyd edim ki, iki dövlət arasında əldə ediləcək razılaşmaları dəstəkləyəcəyik”.

Bu ilin 10 ayı ərzində Gürcüstan Azərbaycana 400 mln. 350,7 min dollar dəyərində məhsul ixrac edib.

“Azeri Today” xəbər verir ki, bunu ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 4,1% artıb.Azərbaycan Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Xəbərlər