USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.

Bu barədə Mudafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi iclasda müdafiə naziri general-polkovnik Zakir Həsənov “Azərbaycan Ordusunun 2019-cu tədris ilinə vəzifələrinin dəqiqləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini təhlil edən müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər.

Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.


General-polkovnik Z.Həsənov keçirilən təlimin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarının diqqətinə çatdırıb.

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli bu il qoyulacaq və müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq.

“Azeri Today” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

“İlkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Müəssisə təxminən 5 hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri dəyəri 11 mln. manatdır. Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də iustehsal ediləcək. Bu layihənin dəyəri isə 7 mln. manat və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. “Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50% olacaq”, – deyə o, qeyd edib.

E.Axundovun sözlərinə görə, Azərbaycanda istehsal olunacaq avtobuslar həm maye qaz, həm də dizel yanacağı ilə işləyəcək.

“Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Onların ölkə daxilində istifadə olunması ilə bağlı aidiyyatı qurumlarla danışıqlar gedir. Avtobusların qiyməti yelri istehsal olduğu üçün aşağı olacaq. Onların əsasən qonşu ölkələrə ixracı nəzərdə tutulur”, – deyə o, qeyd edib.

Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə dördüncü dəfə keçirilən Dünya Kubokunun açılış mərasimi keçirilib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə əvvəlcə 41 iştirakçı ölkənin bayraqları nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçı ölkələri salamlayıb: “İdmançılarımızın beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələrlə fəxr edən ölkəmiz indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1″ kimi yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın idman sahəsindəki uğurlarının müəllifi ilk növbədə Prezident İlham Əliyevdir. Bizim üçün çox sevindirici haldır ki, bir vaxtlar ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün Azərbaycanda inkişaf dövrünü yaşayır. Kişi və qadınlar gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. AGF-nin 2017 və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinqində birinci yeri tutması məhz bu diqqətin təzahürü, ölkədə gimnastikanın inkişafı istiqamətində aparılan fəaliyyətin səmərəliliyinin göstəricisidir. İl ərzində təşkil olunan gimnastika üzrə Avropa və dünya miqyaslı yarışların sayına və keyfiyyətinə, yarış məkanlarının texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər. Bakıda təkcə bu il ərzində gimnastikanın müxtəlif növləri üzrə 7 beynəlxalq yarış təşkil ediləcək. Bu, bizim üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də böyük məsuliyyət deməkdir. Əmin etmək istərdim ki, bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik”.

Y.Məmmədəliyev onu da qeyd edib ki, hazırkı Dünya Kubokunun fərqli cəhətlərindən biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır. O, bütün idmançılara olimpiadada iştirak hüququ qazanmalarını arzulayıb və Dünya Kubokunu açıq elan edib. Daha sonra Azərbaycanın dövlət himni səslənib və yarışa start verilib.

Qeyd edək ki, dörd gün davam edəcək turnirdə 41 ölkədən 120-yə yaxın kişi, 40-dan çox qadın gimnastın mübarizə aparacağı gözlənilir. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda 4 idman gimnastı – 3 kişi və 1 qadın təmsil edəcək. Kişilərin yarışına Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova qatılacaq. Ağarzayev sərbəst hərəkətlər, dəstəli at və dayaqla tullanma, Simonov halqalar, paralel qollar və turnikdə, Tixonov və Nekrasova isə bütün hərəkətlərdə mübarizə aparacaq.

Ağsu rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin bildirdiyinə görə, zəlzələ yerli vaxtla saat 18:19-da, Pirqulu stansiyasından 9 km cənub-qərbdə, Ağsu ərazisində qeydə alınıb.

Maqnitudası 2,6, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bundan əvvəl Şamaxı rayonunda 3 bal gücündə zəlzələ baş verib.

“Azeri Today” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

Ə.Qarayev bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir: “Azərbaycanda yeni sirk binasının inşası haqqında düşünməyin vaxtı çatıb. Biz bununla bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin niyyətinə uyğun olaraq müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

Ümumqoşun döyüşünün müasir qaydalarına əməl edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan həmlələri nəzərə alınaraq qoşunlar, eləcə də idarəetmə sistemləri qarşılıqlı əlaqədə effektiv fəaliyyət nümayiş etdiriblər.

Poliqonlarda və müasir qurğularla təchiz edilmiş təlim sahələrində bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetiriblər.

Əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların yeni üsullarla icrasına yönəldilib.

“Naxçıvan Qarnizonu qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən, martın 11-dən müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi ilə keçirilən komanda-qərargah təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müxtəlif dərəcəli döyüşə hazır olmaq vəziyyətinə gətirilməsi məqsədilə təlimə cəlb olunan birləşmə və hissələr təlim döyüş həyəcanı siqnalı ilə qaldırılaraq əməliyyat təyinatı rayonuna çıxarılıb.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilib.

Martın 12-də döyüşün planlaşdırılması ilə yanaşı, təlimin praktiki fəaliyyətinə cəlb olunan birləşmə və hissələr əraziyə çıxarılıb və ssenariyə uyğun məşq etdirilib.

Qoşunların tam komplektləşdirilməsi üçün şəxsi heyətin qəbulu məntəqəsi açılıb, səfərbərlik ehtiyatları və cari çatışmazlığın bərpası üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim martın 16-da da davam edəcək.

Bu ilin payızında Azərbaycanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammiti üçün hazırlıq işləri aparılır.

“Azeri Today” Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Qazaxıstan xarici işlər naziri Beybut Atamkulovla TDƏŞ-in Baş katibi Bağdad Amreyev arasında keçirilən görüşdə müzakirə olunub.

TDƏŞ nümayəndə heyəti Əməkldaşlıq Şurasına üzv dövlətlərin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün Qazaxıstanda işgüzar səfərdədir.

Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır, onun əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.

Martın 12-si saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunub.

“Azeri Today” ” Dövlət Sərhəd Xidməti”nə istinadən xəbər verir ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar.

“Dövlət sərhədi haqqında” qanunu­n tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­ub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilən sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gedib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.

Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını alan hərbi qulluqçular təltif olunublar.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

”İşğal edilmiş Azərbaycan ərazilərində yaradılan qondarma rejimin “xarici işlər nazirliyi”nin “nümayəndəsi” ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatına kölgə salmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aparılan danışıqlara xələl gətirmək və diqqəti danışıqların predmetindən yayındırmaq məqsədilə növbəti əsassız açıqlama verib. Belə ki, qondarma “nümayəndə” ATƏT-in Nazirlər Şurasının Helsinki və Budapeşt sammitlərində qəbul edilən sənədlərlə bağlı cəfəngdolu iddialar irəli sürməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərib”.

Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatı ilə bağlı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin “xarici işlər nazirliyi”nin “nümayəndəsi”nin açıqlamasına münasibət bildirən T.Gəncəliyev vurğulayıb ki, qarşı tərəfin “nümayəndəsi” Helsinki sammitinin sənədlərinə əsasən münaqişənin tərəfləri (təcavüzkar Ermənistan və hərbi işğala məruz qalmış Azərbaycan) ilə yanaşı, maraqlı tərəflər qismində yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının mövcudluğundan danışıb, azərbaycanlı icmasını görməməzlikdən gəlirsə, onun sözügedən sənədin məğzini dərk etmək qabiliyyətinin olmadığı üzı çıxır: “Qondarma “rəsmi şəxs” əgər Budapeşt sammitinin sənədindən danışırsa və bu sənədin öhdəliklərinə sadiqdirsə, onda sənədə tam şəkildə əməl etməlidir. 1994-cü il Budapeşt sammitində iştirakçı ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT-in iştirakçı ölkələrinin dövlət və hökumət başçıları) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dair öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara, silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.

Xatırlatmaq istərdim ki, BMT TŞ-nin 1993-cü il tarixli 853 və 884 saylı qətnamələrində məhz “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri”nə istinad edilir və bu da öz növbəsində ATƏT-in müvafiq qərarlarında, o cümlədən MQ həmsədrlərinin sonuncu bəyanatında qeyd edilən “maraqlı tərəflər” ifadəsini özündə ehtiva edir.

Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan 1995-ci ilin 5 noyabr tarixli “Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək lazımdır. Bu sənəddə konkret şəkildə müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər nəzərdə tutulur.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Sarqisyan-Köçəryan xuntasının davamı olan işğalçı rejimin əsarətində qalmaqda davam edir.

Bölgədə daimi və ədalətli sülhün bərqərar olmasının yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır və bu məqsədlə dialoqa hazırdır”.

Xəbərlər