USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, onlardan 8 nəfərə yerində yardım edilib: “14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatında mübarizəyə başlayır.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, ilk turda rəqib Çin yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Millinin ən aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov digər turnirlərə hazırlaşmaları səbəbindən Astanaya yollanmayıblar. Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edəcək.

Rəqib komandanın heyətində isə Dinq Liren, Yu Yanqyi, Vey Yi, Bu Syançji və Ni Hua yer alıb.

Bundan başqa Hindistan – İsveç, İran – Rusiya, Misir – ABŞ və İngiltərə – Qazaxıstan qarşılaşmaları da oynanılacaq.

Dünya çempionatı ümumilikdə 9 turdan ibarət olacaq. Yarışa martın 14-də yekun vurulacaq.

Ötən il ərzində Azərbaycan Respublikasının xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər edən 96 xarici ölkə vətəndaşının adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, həmin şəxslərin ölkəyə girişinə qadağa qoyulub və onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müvafiq tədbirlər görülüb.

Görülən işlər nəticəsində bir sıra xarici vətəndaşlar Azərbaycan tərəfinə müraciət edərək işğal edilmiş ərazilərə səfər etdiyinə görə üzrxahlıq istəyib. Eyni zamanda Azərbaycanın suverenliyi və ölkəmizin qanunvericiliynə bələd olmadığını bildirərək adlarının Xarici İşlər Nazirliyinin tərtib etdiyi siyahıdan çıxarılmasını və ya daxil edilməməsini xahiş ediblər. Ümumilikdə, daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2018-ci illər ərzində 40 şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

Президент Ильхам Алиев подписал распоряжение «О проведении 140-летия Гусейнгулу Сарабского».

Согласно распоряжению, Министерству культуры поручено подготовить план мероприятий в связи со 140-летием видного деятеля культуры Гусейнгулу Сарабского, а Кабинету министров – решить вопросы, вытекающие из распоряжения.

«В марте 2019 года исполняется 140 лет со дня рождения видного оперного певца, актера, режиссера, педагога и театрального деятеля, народного артиста Гусейнгулу Сарабского (Гусейнгулу Мелик оглу Рзаева). Гусейнгулу Сарабский занимает видное место среди крупных представителей театрального и музыкального искусства. Имеет исключительные заслуги в качестве исполнителя мугамной оперы, созданной на стыке музыкальных и театральных традиций Востока и Запада и являющейся уникальным явлением мирового оперного искусства. Имевший глубокие познания в сфере мугама, обладавший блестящим актерским талантом, первый и незабываемый исполнитель главных партий в национальных операх и опереттах, он в течение долгой сценической деятельности создал галерею разнообразных образов. Сарабский принимал активное участие в культурной жизни республики, а также внес значительный вклад в развитие и преподавание искусства мугама», – говорится в распоряжении.

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, görülmüş işlərin nəticəsində bu ilin yanvar-fevral ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda, ümumilikdə, 2827 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Azeri Today” “Report”-a isinadən xəbər verir ki, sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.

Sərəncamla Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılıb.

Sərəncamda bildirilib ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.

Bakıda müxtəlif ölkələrin işğal altında olan ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınmasına həsr olunan konfrans keçiriləcək.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, tədbir martın 5-də baş tutacaq.

İşğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair beynəlxalq konfransda rəsmi şəxslər iştirak edəcəklər.

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərara dəyişiklik edilib.

“Azeri Today” “Report”-a istinadən bildirir ki, dəyişikliyə görə, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, 2019-cu il martın 1-dən sözügedən şəxslərin əmək haqları aşağıdakı məbləğlərdə müəyyən edilib:

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

“Azeri Today” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər.

Ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) bürünc medala sahib olub. Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparır.

“Azeri Today” “Azertac”-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının əhatə etdiyi həssas qruplara aid olan 577 min nəfərdən 73 minə yaxını sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur.

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan 150 manat müavinət və 50 manat təqaüd formasında ümumilikdə 200 manat təşkil edəcək.

Xəbərlər