USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

“Məlum olduğu kimi, bu ilin 2 oktyabr tarixində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuzu atəşə tutmuşlar. İnsident nəticəsində ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Abışov həlak olub. Ümumiyyətlə, xatırlatmaq istərdik ki, münaqişə ərzində azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş vermiş qanlı qətliam, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azyaşlı uşaqların öldürülməsi halları bunun bariz sübutudur”.

“Azeri Today” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

“Son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları onu təsdiq edir ki, təəssüf ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən ziddir. Bu hərəkətlər heç bir halda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli prosesinin irəli aparılması və substantiv danışıqlar üçün müvafiq şəraitin yaradılmasına dair birmənalı çağırışının əks olunduğu 25 sentyabr 2019-cu il tarixli bəyanatının ruhu və mahiyyətinə uyğun gəlmir. Biz Ermənistan tərəfinin növbəti mənfur hərəkətini qətiyyətlə pisləyirik və bir daha xatırladırıq ki, məhz Ermənistan tərəfinin gərginliyin artırılmasına yönəlmiş siyasəti sülh prosesində irəliləyişin əldə olunmasına və bölgədə sülh və təhlükəsizliyə başlıca maneə təşkil edir. Mərhumun ailəsinə baş sağlığı veririk”, – XİN rəsmisi deyib.

UNESKO-da Azərbaycanın dahi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə oktyabrın 16-da tədbir keçiriləcək.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, tədbir qurumun baş qərargahında baş tutacaq.

Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Bahariyyə” muğam konserti təşkil olunacaq.

Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

“Azeri Today” AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiribər.

Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş olub.

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəa­liy­yətini yox­layıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Yoxlanış oktyabrın 2-3-də aparılıb.

Son günlərdə xid­­mə­ti əra­­zidəki əməliyyat şəraiti, Ermənistan Si­lahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejimi­nin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhə­dinin müdafiəsi və mühafizəsi üzrə xid­məti fəaliy­yətin təkmilləş­diril­məsi, düşmənin təxribatlarının qarşı­sının qətiy­yətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndiril­məsi barədə tapşırıqlar verilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində Birgə İnvestisiya Fondu yaradılacaq.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu barədə Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan sazişinin imzalanmasının 10 illiyi münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi konfransda bildirib.

“İqtisadi əməkdaşlıq təşkilatımızın vacib ünsürüdür. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın bu istiqamətdə birgə addımları bəhrəlidir. Həmçinin Birgə İnvestisiya Fondunun yaradılması üzrə böyük işlər görürük”, – deyə o qeyd edib.

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

DSX-dən verilən məlumata görə, 2019-cu ilin 02 oktyabr tarixində saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekska­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskovatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini görmür.

“Azeri Today” “”İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday forumu”nda bildirib.

“Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm”, – S.Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək.

“Son vaxtlar təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır və onlar elə də böyük deyil”, – rusiyalı nazir söyləyib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi xəbər verir ki, ötən gün Qazax rayonu istiqamətində Ermə­nistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb.

Həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Res­pub­likasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Xəbərlər