USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa edilən Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) səhmdarları layihənin işlənilməsindən illik 1,45 mlrd. dollar gəlir əldə edəcək.

“Azeri Today”ın “Report”-a istiandən məlumatına əasən, bu bu barədə İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın Baş direktoru Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.

Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək.

“Azeri Today” “unikal.org”-a istinadə xəbər verir ki, məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Yeni Baş Nazir hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsini tutan Əli Əsədov olacaq.

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

MM-in iclasında daha 13 məsələ də müzakirə ediləcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşı Çingiz Məmmədova qarşı dələduzluq edən şəxsə daha bir cinayət işi açılıb.

“Azeri Today” xəbər verir ki, araşdırmalar zamanı məhkum Nəsibov Məmməd Nəsiboviçin başqa cinayət əməlləri ortaya çıxıb. O, Qasımov Kənan Nəbi oğlu ilə birlikdə daha 3 nəfərə qarşı dələduzluq edib.

Cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı bilinib.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının növbəti üçtərəfli görüşü oktyabrın 16–da Tbilisi şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşü ötən ilin oktyabr ayında İstanbulda baş tutub.

Macarıstan Türk Şurasının üzvü olacaq.

“Azeri Today” “Kursiv.kz”-a istinadən xəbər verir ki, bu barədə Budapeşt Sənaye Ticarət Palatasının İdarə heyətinin üzvü Yozef Kovaç Daşkənddə Türk Sahibkarlıq Sərmayə Forumunun iclası zamanı bildirib.

Qeyd edək ki, forumda Türk Şurasının üzv və müşahidəçi ölkələrindən 500-dən artıq sahibkar iştirak edib.

2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malik Macarıstanın paytaxtında bu il sentyabrın 19-da Türk Şurasının Avropa nümayəndəliyi açılıb. Açılış mərasimində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yeni nümayəndəliyin türk dünyası ilə Avropa işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirmişdi.

“Suriyanın şimalını terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik”.

“Azeri Today” “Report”-a istiadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Suriya məsələsi ilə bağlı yazıb.

“Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Xaric İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı ilə əlaqədar yaydığı açıqlamaya münasibət bildirib.

“Azeri Today” xəbərinə görə, XİN rəsmisi deyib ki, Azərbaycan Prezidenti “Valday” beynəlxalq toplantısında çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətləri və Ermənistan tərəfinin əsassız iddialarına cavabı tam aydın və konkret şəkildə ifadə etdi.

“Ermənistan tərəfinin tez-tez səsləndirdiyi və guya ki, Dağlıq Qarabağın sovet dövründə Azərbaycana verilməsi ilə bağlı tamamilə yalan bəyanatlarına cavab olaraq, Bolşevik partiyasının Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarına istinad edilərək, burada Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar verildiyi, ermənilərin yalandan iddia etdiyi kimi, heç də “Dağlıq Qarabağın Azərbaycana verilməsi” ifadəsinin işlədilmədiyi qeyd olundu. Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olması, ölkəmizin ayrılmaz hissəsi olması ilə bağlı tam həqiqət dövlətimizin başçısı tərəfindən qəti şəkildə ifadə edildi.

Ermənistan siyasi rəhbərliyinin son zamanlar münaqişənin həlli üzrə yeni formula kəşfi kimi qələmə verməyə çalışması və bu xüsusda, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi ilə əlaqədar qeyd etmək istərdik ki, dövlətimizin başçısı tərəfindən “Dağlıq Qarabağ xalqı” anlayışının olmadığı, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin olduğu tam əsaslı şəkildə “Valday” beynəlxalq forumunda vurğulandı.

Münaqişənin həlli üzrə uzun illərdir ki, aparılan danışıqların əsas prinsipləri və elementləri hamıya bəllidir və onlar, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında, o cümlədən bu ilin 9 mart tarixli bəyanatında açıq şəkildə ifadə olunub. Hər hansı yeni və əsası olmayan “kəşflər” prosesin irəli aparılmasına heç də yardımçı olmur, xüsusilə də əgər burada söhbət faktları və mövcud həqiqətləri məqsədyönlü şəkildə təhrif etməkdən gedirsə. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin münaqişədən əvvəl birgə yaşayan azərbaycanlı və erməni əhalisi var, burada hər hansı “xalq” anlayışını işlətmək yalnız özü-özünü aldatmaqdır. Çünki belə bir anlayış mövcud deyil.

Erməni terror təşkilatı “ASALA”nın rəhbərlərindən biri olan Monte Melkonyanı milli qəhrəman elan edərək, terrorçuların dövlət səviyyəsində qəhrəmanlaşdırılması siyasətini aparan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı mülki əhaliyə qarşı törətdiyi vəhşiliklər bütün beynəlxalq ictimaiyyətə bəllidir. 1992-ci il Xocalıda dinc sakinlərə qarşı törədilmiş soyqırımı, 2011-ci ildə 9 yaşlı Fariz Bədəlovun snayperlə öldürülməsi, 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın “oyuncaq tələsi” ilə qətlə yetirilməsi, 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin və mülki obyektlərin məqsədyönlü şəkildə hədəfə alınması və 6 nəfər mülki şəxsin həlak olması, 2017-ci ilin iyul ayında 2 yaşlı körpə Zəhranın və nənəsinin qətlə yetirilməsi, bir neçə gün öncə dövlət sərhədinə yaxın ərazidə ekskavator sürücüsünün öldürülməsi və digər bu kimi vəhşiliklər Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi işğal və terrorçuluq siyasətinin bariz nümunələridir. Mülki azərbaycanlıların qəsdən hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətdir. Bu siyasətin əsasını etnik nifrət, irqi ayrı-seçkilik və ksenofobiya təşkil edir.

Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar siyasətin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, habelə Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti əslində yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı törədilən bir vəhşilikdir.

Bütün bu qeyd edilənlər fonunda Ermənistan rəhbərliyinin nə dəyərlərdən, beynəlxalq öhdəliklərdən, nə də demokratiyadan danışmağa heç bir haqqı yoxdur. Bolşevik diktaturasına bənzər şəkildə inqilabi diktatura rejimi qurulan Ermənistanda hər hansı demokratiyadan danışmaq gülüncdür.

Ermənistanın müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” deyə bəyanatla çıxış etməsi, digər yüksək vəzifəli rəsmi şəxsin bir qarış Azərbaycan torpağı azad edilməyəcək deməsi, baş nazirin isə Azərbaycan ərazilərinin anneksiyasına çağırması halında, Ermənistan XİN-in “xalqların sülhə hazırlanmasından” danışması riyakarlıqdan başqa bir şey deyildir. İlk növbədə, Ermənistan rəhbərliyinin sülhə hazırlanmasına ehtiyac vardır.

Münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun aktı, beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

“Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır.

Ermənistanın siyasi rəhbərliyi yalançı, populist və demaqoqik düsturlara vaxt sərf etmək əvəzinə, münaqişənin həlli ilə bağlı real addımlar atmalıdır”, – deyə L.Abdullayeva bildirib.

“Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda “Düdelanj”-“Qarabağ” futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir”.

“Azeri Today” xəbər verir ki, bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

“Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib” – L. Abdullayeva bildirib.

Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Düdelanj”ı məğlub edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda «Düdelanj»–«Qarabağ» futbol matçı zamanı baş verən təxribatla əlaqədər o ölkədəki səfirinə tapşırıq verib.

«Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib» – deyə Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Xatırladaq ki, «Qarabağ» UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində «Düdelanj»ı 1:4 hesabı ilə məğlub edib.

Qarabağ Futbol Klubu
Qarabağ Futbol Klubu

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

“Azeri Today”-ın xəbərinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu deyiblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Dövlət başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırıblar.

Xəbərlər