USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilir.

Bu barədə barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.

Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Azeri Today” “AZERTAC”-a istinadən xəbər verir ki, sərəncamla Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Azeri Today” bildirir ki, sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Azeri Today” xəbər verir ki, sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib

Prezident İlham Əliyev Vilayət Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Azeri Today” “AZETAC”-a istinadən xəbər verir ki, sərəncamla Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin danışıqlarında həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.

Danışıqlardan əvvəl həmsədrlər ayrı-ayrılıqda həm E.Məmmədyarov, həm də Z.Mnatsakanyanla görüşüblər.

Bundan başqa, Azərbaycanın Xarici İşlər naziri Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb.

Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov “Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir” adlı məqalə yazıb.

“Azeri Today” məqaləni təqdim edir:

“Prezident İlham Əliyevin sərəncamları ilə bir çox sahələrdə çalışan insanların əmək haqqı 40 faiz artırılır. Ən önəmlisi minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı. Beləliklə toplam artım təxminən 100 faizə bərabər olmuşdur. Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə insanların maaşları 270-350 manat civarında artmış olacaq.

Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamları ilə 2003-cü ildən bu yana əməkhaqqı və pensiyalar dəfələrlə qaldırılıb. Bu, faktdır. Lakin 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində daha cəsarətli və əhəmiyyətli addımlar atılması ilə səciyyəvidir. İnsanların rifahının yaxşılaşdırılmasını özünün siyasətinin əsas məqsədi hesab edən Prezident İlham Əliyev bunu real həyatda əyani şəkildə təcəssüm etdirir. Xalqın həyat səviyyəsi sözün həqiqi mənasında gündən günə yaxşılaşır. Bu isə insanların xəyallarını gerçəkləşdirməsi üçün daha geniş imkanlar yaradır.

Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir. Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir. İndi sözüm vaxtilə iqtidarda olub Azərbaycanın bu gününə böhtan atanlaradır. Onlar hakimiyyətdə olduqları dövrdə əməkhaqqının artırılması ilə əlaqədar bir fakt belə xatırlayırlarmı? Ümumiyyətlə AXC-Müsavat hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları vardımı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsiz işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət.

Törətdikləri biabırçılıqların heç yüzdən birini də təşkil etməyən sadaladığım faktların “müəlliflərinin” bugünkü firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərləşməsindən başqa bir şey deyil.

Nə qədər böhtan atsalar da, nankorluq etsələr də möhtəşəm Azərbaycan özünün işıqlı gələcəyinə doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür və bundan sonra da görəcəklər”.

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən Azərbaycanda minimum pensiyanın məbləği 2019-cu ilin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
“Azeri Today” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Nazir müavini deyib ki, təxminən 25 faiz artım nəzərdə tutulur və bu artım 700 minə yaxın insanı əhatə edəcək. Onun sözlərinə görə, 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaş olmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik edilməyəcək.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.

“Azeri Today” “Report”a istiandən xəbər verir ki, iyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Bundan əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

“Azeri Today” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün fərman imzalayıb.

Fərmanla Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Xəbərlər