USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, dəyişikliklə Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əmək haqqı veriləcək. Yəni 2 475 manat.

Bundan başqa, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Qanunun 106-cı maddəsinə edilən digər dəyişikliklə hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq. Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar. Digər hakimlər də müvafiq qaydada bu pul təminatını alacaqlar.

Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib.

“Azeri Today” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.

Ermənistan silahlı qüvvələri cəbhədə atəşkəsi pozub.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, işğalçı ordunun bölmələri ötən gün gecə saatlarında Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub.

Müxtəlif silahlardan açılan mərmilər fərdi yaşayış evlərinə dəyib, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Azərbaycan ordusunun cavab atəşindən sonra düşmən ordusu susmaq məcburiyyətində qalıb.

Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

“Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bay­ra­movun vəziyyəti yaxşılaşıb”.

Bunu “Report”a açıqlamasında DSX-nin Mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirov deyib.

O bildirib ki, əsgər C.Bayramovun müalicəsi DSX-nin hospitalında davam etdirilir: “Yaralı əsgərin vəziyyəti artıq yaxşılaşıb, sağalmağa doğru gedir. Hər şey qaydasındadır. Həkim komissiyası qərar verdikdən sonra hospitaldan evə buraxılacaq. Hazırda müalicəsi davam edir”.

Qeyd edək ki, iyulun 18-də Ermə­nistan silahlı qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub. Düşmən Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini atəşə tutub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

Prezident İlham Əliyevin “facebook” səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə status paylaşılıb.

“Azeri Today” xəbər verir ki, paylaşımda bu fikirlər yer alıb:

“Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.

Qeyd edək ki, bu gün Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur.

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

“Azeri Today” xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Rusiya təmsilçisi Maqomed Qiqiyevlə üz-üzə gəlib. Cəfərov qələbə qazanaraq qızıl medala sahib olub. Bu isə Azərbaycan güləşçilərinin 4-cü qızıl medalıdır.

Azərbaycanın daha bir sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

“Azeri Today” “Reoprt”-a istiandən xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb.

Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.

Daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medala sahib olub. Digər sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) isə qızıl medal əldə edib.

İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimi bütün iştirakçı ölkələrin bayraqlarının dalğalandırılması ilə başa çatıb.

“Azeri Today”ın məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Prezident İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının artımını 3,7%, 2020-ci ildə isə 3,5% səviyyəsində proqnozlaşdırır.

Bu barədə agentliyin Azərbaycan üzrə hesabatında deyilir.

“Fitch” agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli reytinqini sabit proqnozla “BB+” səviyyəsində təsdiq edib.

“Fitch” reytinqini əsaslandırarkən dövlət borcunun (2018-ci ildə ÜDM-nin 18,7 faizi) bənzər reytinqli digər dövlətlərlə (orta hesabla ÜDM-nin 44 faizi) müqayisədə aşağı səviyyədə olduğunu bildirir.

Agentlik qeyd edir ki, 2018-ci ildə qeyri-neft sektoru 1,8 faiz, neft-qaz sahəsi isə 0,7 faiz inkişaf edib, bu da qaz hasilatının 5,6 faiz artmasına xidmət edib. “Fitch” qaz hasilatının artması və dövlətin istehlakı yüksəltməyə imkan verəcək sosial tədbirləri sayəsində ölkədə iqtisadi artımın sürətlənməsini gözləyir.

Agentlik ölkədə milli valyutanın sabit məzənnəsini vurğulayır və diqqətə çatdırır ki, Azərbaycanda sosial və siyasi sabitlik davam edəcək.

Xəbərlər