USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Bu barədə Dövlət Dəniz Agentliyindən bildirilib.

Qeyd edilib ki, qərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən alınan məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq.

Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.

“JARA” festivalı ildən-ilə daha marqlı və miqyaslı olur.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov Bakıda “JARA” musiqi festivalının başlamasına həsr olunan mətbuat konfransında bildirib.

“Bu il ciddi hazırlaşmışıq, üçüncü səhnəni tikib qurtardıq. Festivalda hər gün 70-dək artist çıxış edəcək”, – deyən müğənni Bakı tamaşaçılarının qədirbilən olduğunu də qeyd edib.

Gələn il “Jara America” festivalının keçiriləcəyini deyən Emin Ağalarov həmin tədbirə Avropa, Türkiyə, ABŞ müğənnilərinin dəvət olunacağını diqqətə çatdırıb.

“Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək”.

“Azeri Today” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında məlumat yayıb.

“Viza rejimi Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılıq əsasında ləğv olunub. Bu da “Bir millət, iki dövlət”ə yaraşan haldır”, – deyə M.Çavuşoğlu

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

“İlk növbədə nəzərə alınmalıdır ki, Ermənistan XİN mətbuat katibi tərəfindən qondarma “DQR” kimi təqdim edilən ərazi, bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq tanınmış Azərbaycan əraziləridir. Bunu BMT TŞ-nin qətnamələri və beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin birinci növbədə bu sənədlərlə tanış olması vacibdir”.

“Azeri Today” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN-in mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiklərinə dair KİV-in sualını cavablandırarkən deyib.

“Münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı dəfələrlə mövqeyimiz, həmçinin ən yüksək səviyyədə səsləndirilib. Bir daha təkrar etmək istərdik ki, danışıqlar münaqişənin birbaşa iştirakçıları – Ermənistan və Azərbaycan arasında aparılır, o ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu barədə ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm.

Beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş əraziləri boşaldıqdan və bu ərazilərdə etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir.

Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən Azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir.

Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir”, – L.Abdullayeva deyib.

Prezident İlham Əliyev Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, nazirliyin strukturu aşağıdakı kimi olmalıdır:

1.Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr)

2.Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Milli Gəlirlər Baş İdarəsi;

2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

Avstraliyanın Rayd şəhərinin Şurasının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması” haqqında sənəd qəbul etməsi ilə bağlı ilk növbədə qeyd etmək istərdim ki, Rayd şəhəri Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir.

“Azeri Today” xəbər verir ki, bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırarakən bildirib:

“Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan (Sarkis Yedelian) tərəfindən irəli sürülmüş və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənmişdir”.
L.Abdullayeva qeyd edib ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir:

“Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir və yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”.

“Şəki Xan Sarayı turistləri qəbul etməyə prinsipcə hazırdır”.

Bu fikirləri Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb: “Hazırda saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Çünki burada təhlükəsizliyə cavabdeh olan qurumlar var. Prinsipcə saray turistləri qəbul etməyə hazırdır. Razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək. Yəni, Şəki Xan Sarayının açılışı dövlət strukturları arasında razılaşdırılma prosesindən sonra baş tutacaq. Çünki elə məsələlər var ki, bizim səlahiyyətimizdə deyil. Misal üçün, Şəki Xan Sarayında baş vermiş hadisə ilə əlaqədar olaraq bəzi məsələlər Fövqəladə Hallar Nazirliyinə, bəziləri Baş Prokurorluğa, digər məsələlər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Biz hazırda bu qurumların müsbət rəyini gözləyirik”.

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala vəsiqə qazanıb.

“Azeri Today” xəbər verir ki, Vəlizadə buna batterflay üsulla üzmə yarışında 200 metr məsafəni 2 dəqiqə 3,27 saniyəyə qət etməklə nail olub.

İkinci yarış günündə Azərbaycan üzgüçüləri Maksim Petrenko 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 56,78 saniyə, Aysel Səfərova 400 metr məsafəyə sərbəst üzmə yarışında 4 dəqiqə 47,84 saniyə nəticə göstərib. Bu nəticə onların növbəti mərhələyə vəsiqə qazanmalarına kifayət etməyib.

Qeyd edək ki, yarışlarının yarımfinal və final mərhələləri axşam sessiyasında olacaq.

Xəbərlər