USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.

2002-ci ildə Konstitusiyanın 22 maddəsinə 31, sonuncu dəfə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilib.

“Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir”.

“Azeri Today”ın xəbərinə əsasən, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndiriyi fikirlərinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırarkən bildirib.

“Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”,- XİN sözçüsü bildirib.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müxtəlif formatlarda fəal vasitəçi rolunu oynamağa davam etməyə hazırdır”.

“Azeri Today”-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə görüşdən sonra deyib.

“Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də Rusiya Federasiyası – Ermənistan – Azərbaycan formatında ən fəal vasitəçi kimi fəaliyyəti bundan sonra da davam etməyə hazırdır”, – XİN başçısı bildirib.

“ABŞ Konqresi Nümayəndələr Palatasının “erməni soyqırımı”nın tanıması barədə qərarı emosional xarakter daşıyır”.

“Azeri Today” “Report”-a istiandən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

“Mən məsləhət görürəm ki, qərarda yazılanları oxuyasınız. O zaman siz də görəcəksiniz ki, bu emosianal formada atılan addımdır. Bu konkret olaraq Türkiyənin sərhədlərini və Suriya torpaqlarını terorçulardan təmizləməsi üçün həyata keçirdiyi “Barış pınarı” əməliyyat əleyhinə qəbul olunan bir qərardır. Çünki o qərarın qəbul olunması üçün heç bir hüquqi əsas yoxdur”, – XİN başçısı vurğulayıb.

Nazir ABŞ-ın dövlət qurumlarının, o cümlədən Nümayəndələr Palatasının Xocalı soyqırımını müzakirəyə çıxarmamasına və bununla bağlı indiyə qədər hər hansı qərar qəbul etməməsinə də münasibət bildirib: “Təbii ki, azərbaycanlılar da yüz ildən çoxdur ABŞ-da yaşasaydılar onda bizim də gücümüz bu ölkədəki errmənilər səviyyəsində, hətta daha çox olardı.

Qeyd etmək istəyirəm ki, indiyə qədər dünyanın 20-dən çox ölkəsi Xocalı soyqırımını tanıyıb. Həmin dövlətlər bununla bağlı qətnamələr qəbul ediblər. O sənədlərdə aydın formada yazılıb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda soyqırım törədiblər”.

Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, Qazax rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini bir neçə dəfə tüfəngdən havaya atəş açıb.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan silahlı qüvvələri Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeliyində olan hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən alınan məlumata görə əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

“Moskva ilə Bakı arasındakı münasibətlər tədricən, dinamik şəkildə inkişaf edir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Bizi ortaq tarix, müasirlik və təbii ki, gələcək bağlayır. Buna görə də bu əlaqələrin inkişafı gələcəyə yönəlib və böyük perspektivə malikdir”, – M.Zaxarova bildirib.

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyiş yoxdur.

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də təsdiq etdiyi kimi, atəşkəsə ümumilikdə əməl olunur və atışmalar xeyli dərəcədə azalıb. Onlar da səmərəli müzakirələrin aparılması və həll yolu ilə bağlı danışıqlarda irəliləyiş üçün əlverişli atmosferin mövcud olduğunu təsdiqləyirlər. Lakin baxmayaraq ki, pozitiv atmosferi yaranıb, 2018-ci ilin sentyabrından təmas xətti boyunca müşahidə olunan sakitlik münaqişənin həlli istiqamətində müsbət irəliləyişə çevrilmədi. Faktdır ki, biz bu gün yalnız görüşlər barədə danışa bilirik, hansı ki, həmsədrlərin özlərinin də davamsız və qəbuledilməz adlandırdığı hazırkı işğalın status-kvosunu dəyişməyə imkan verəcək, münaqişənin həlli ilə bağlı substantiv məsələlərin tam hüquqlu müzakirəsinə çevrilə bilmir. Görüşlərin müəyyən intensivliyinə baxmayaraq, Ermənistanın vicdanla danışıqlar aparmaq üçün açıq siyasi istəyinin olmaması prosesin irəliləməsinə mane olmağa davam edir. Bu mənada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyi-Yorkdakı görüşü də məyusedici idi.

Biz bu fikirdəyik ki, bəzi etimad tədbirləri həyata keçirilə bilər. Lakin bunlar danışıqlar prosesində əvəzedici ola bilməz. Xalqların sülhə hazırlanması ilə bağlı bu kiçik addımlar substantiv danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz. Ötən bir il ərzində Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışlar və hərəkətlər edərək sülh prosesini pozmağa yönələn davamlı cəhdlərinin şahidi olmuşuq. Beləliklə, Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir”, – deyə bəyanatda vurğulanır.

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev və Baş prokurorun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurum­larının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş mən­təqələ­rində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədi İlə görü­lən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmlən­diril­məsi, hü­quqi maarifləndirmənin gücləndirilməsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.

Xəbərlər