USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

“Bu ilin noyabrın 14-də BMT-nin üçüncü komitəsi çərçivəsində səsverməyə çıxarılan “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” adlı qətnamənin bəzi müddəaları Azərbaycanın xarici və daxili siyasəti ilə bağlı mövqeyinə uyğun gəlmədiyindən ölkəmiz səsvermədə iştirak etməyib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.

“Bununla yanaşı, iclas zamanı Azərbaycan nümayəndəsi çıxış edərək ölkəmizin Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, siyasi müstəqilliyi, birliyi və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib və Ukrayna ərazisindəki münaqişələrin Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq həll edilməli olduğunu səsləndirib”, – XİN rəsmisi bildirib.

Dünyanın dini liderləri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə çağırıblar.

“Azeri Today” “Report”-a istiandən xəbər verir ki, bu barədə Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsində bildirilib.

Bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II Bakı Sammitinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarları, habelə II Bakı Sammitində iştirakı və dərin məzmunlu çıxışı yüksək dəyərləndirilib.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyəti, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri qeyd edilib.

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq bildirilib.

Zati-müqəddəsləri Moskva və Bütün Rusiya Patriarxı Kirillin sivilizasiyalararası və dinlərarası əməkdaşlığa töhfələri, bölgədə və beynəlxalq miqyasda sülhün və əmin-amanlığın qorunmasında, eləcə də qarşılıqlı etimad mühitinin yaradılmasında önəmli rolu qeyd olunub.

Zati-müqəddəsləri Roma Papası Fransiskin 2016-cı il noyabrın 2-də Azərbaycana apostol səfəri zamanı Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi dəyər yüksək qiymətləndirilib. Habelə Papa Fransisk və Əl-Əzhərin baş imamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 2019-cu il fevralın 4-də Əbu-Dabidə imzalanmış “İnsani qardaşlıq, dünyada sülh və birgəyaşayış” Birgə Sənədi alqışlanıb.

Zati-müqəddəsləri bütün Gürcüstan katalikos-patriarxı II İliyanın Qafqaz regionunun ənənəvi tolerantlıq mühitinin qorunmasında, bölgədə sülhə və əmin-amanlığa nail olunmasında və dinlərarası anlaşmanın bu məqsədlər naminə dərinləşməsində müstəsna xidmətləri vurğulanıb.

Qafqaz və ona qonşu olan bölgələrin, Mərkəzi Asiya ölkələrinin dini liderlərinin dinlərarası və məzhəblərarası əməkdaşlığın inkişafına və mənəvi dəyərlərin qorunmasına verdikləri töhfələr qeyd edilib.

Dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini birliklərin rəhbərləri və dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqeyinin bildirilməsi, o cümlədən dinlərarası və sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı əsaslarda təşkil olunmasının əhəmiyyəti vurğulanıb.

Dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlanıb.

Dünya dini liderlərinin sülh, əmin-amanlıq və humanizm ideyalarına xidmət edən dövlət və ictimaiyyət institutları, habelə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının vacibliyi qeyd edilib.

2018-ci ilin 25 iyun tarixində BMT-nin Cenevrədəki Ofisində “Dinlər, inanclar və dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqları” mövzusunda keçirilmiş ümumdünya konfransında qəbul olunmuş və BMT Baş katibi tərəfindən təsdiq edilmiş Bəyannamə alqışlanıb.

Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğu vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Dünyada terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə nəticələndiyindən və bu xüsusda dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından dərin narahatlıq ifadə olunub.

Özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verdikləri, humanizmin təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etdikləri xüsusi vurğulanıb.

Dayanıqlı tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrin həllinə, eləcə də aqressiv təbliğatlara, etnik və dini zəmində yaranan münaqişələrin təhrik olunmasına qarşı mübarizə sahəsində beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinə olan zərurət bildirilib.

Bəyannamədə dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional və ictimai təşkilatlar, dini liderlər sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edilməsini və gücləndirilməsini davam etdirməyə, terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə, terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına çağırılır.

Həmçinin dini dəyərlər rəhbər tutulmaqla yanaşı, dini ayinlərin aidiyyəti dini məkanların yerləşdiyi ölkələrin dövlət siyasəti və milli qanunvericiliyinə tam riayət etməklə yerinə yetirilməsinin təmin olunmasına, media, rabitə və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çağırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə maarifləndirilməsinin təşviq edilməsinə, BMT-nin mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdid və təhlükələrin qarşısının alınması üçün birgə səylərin artırılmasına və qlobal dialoqun gücləndirilməsinə, silahlı münaqişə, təqib və zorakılıq nəticəsində əziyyət çəkmiş qaçqınlar, məcburi köçkünlər və miqrantların problemlərinin həllinə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran amillərin aradan qaldırılmasına səy göstərilməsinə çağırış öz əksini tapıb.

Bundan başqa, bəyannamədə bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların və zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət və yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə, UNESKO-nun Nizamnaməsinə istinadən, dini, mədəni və etnik müxtəlifliyin qəbul olunması və buna hörmətlə yanaşılmasının təşviq edilməsinə, habelə dini və mədəni irsin qorunmasına, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və BMT-nin Uşaq Hüquqları Konvensiyasına riayət etməyə, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırış yer alıb.

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən əməliyyat təlimi davam edir.

“Azeri Today” Müdafiə Nazirliyinə istiandən xəbər verir ki, təlimin niyyətinə uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

“Dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammitində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir: “Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir.

Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Bu böyük humanitar fəlakət nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi. Yəni, təsəvvür edin nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Bəyannaməsi də ədaləti əks etdirir və bildirməliyəm ki, Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bundan sonra üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək”.

“Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artmışdır, savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşmüşdür. Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı deyib.

“Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır”, – dövlət başçısı əlavə edib.

Azərbaycanlı mühacir Rəfail Piriyev Fransada saxlanılıb.

“Azeri Today” xəbər verir ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Piriyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Piriyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 13-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika aparıblar.

“UNESKO İraqın Mosul şəhərini yenidən inşa edəcək”.

Bu barədə UNESKO baş direktorunun kabinetinin rəhbəri Nikolas Kassianides bildirib.

Onun sözlərinə görə, Mosul şəhərinin UNESKO-nun hesabına yenidən bərpası qarşıdakı onillikdə qurumun üç mühüm layihələrindən biri olacaq: “Mosulda bərpa olunacaq abidələr arasında dağıdılmış məscidlər, kilsələr, tarixi abidələr və bütövlükdə qədim şəhər var”.

Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü ildə İŞİD terrorçuları tərəfindən dağıdılıb.

Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, daxili işlər orqanları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi və 21-ci Polis Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan paytaxt sakini Vüsal Vəlizadə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki qutudan 2,631 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan kokain, 0,176 qram metamfetamin, həmçinin psixotrop maddələr olan 55 ədəd ekstazi və 102 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, Vüsal Vəlizadə narkotik vasitələri və psixotrop maddələri hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. V.Vəlizadə narkotik vasitələri əvvəlcədən razılaşdırılan yerdən götürəndən sonra polis tərəfindən tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Moskva və bütün Rusiyanın patriarxı Kirill noyabrın 14-də Bakıya səfər edəcək.

“Azeri Today”-ın məlumatına görə, bu barədə Patriarxlığın mətbuat xidməti məlumat yayıb.

Məlumatda Patriarx Krillin Bakıda keçiriləcək Dünya dini liderlərinin sammitinin açılışında iştirak edəcəyi bildirilib.

Ölkəmizə səfəri zamanı Rusiya patriarxının Bakıdakı Müqəddəs Mironosets kilsəsinə baş çəkəcəyi də vurğulanıb.

Xəbərlər