USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

mədəniyyət

“Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu, yolverilməzdir”.

“Azeri Today” xəbər verir ki, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: “Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik”.

“Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur”.

“Azeri Today” xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd etdi ki, hazırda ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

Ə.Qarayevin bildirdiyinə görə, Hirkan milli parkının meşələri üçün İranın da UNESCO-ya təqdimat verməsi nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsinin vahid məkan kimi təqdim etmək istəyirik. Bu gələcəyin məsələsidir. Naxçıvanın türbələrini də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər potensialı var. Bir neçə nominasiyamız namizəd kimi təqdim olunub. UNESCO-nun müsbət cavabı gələndən sonra onların adlarını açıqlayacağıq”.

İsrailin paytaxtı Tel-Əvivdə “Avroviziya-2019” mahnı müsabiqəsinin qalibi müəyyən edildi.

Bu ildə müsabiqənin birincisi Niderland təmsilçisi Dunkan Lorens (Duncan Laurence) olub.

O, “Arcade” mahnısını ifa edərək həm münsiflərdən, həm də tamaşaçılardan ümumilikdə 492 xal qazanıb.

II yeri 465 xalla İtaliya təmsilçisi Mahmud (Mahmood) tutub, müsabiqənin üçüncüsü isə Rusiya təmsilçisi Sergey Lazarev olub – 369 xal.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.

Eurovision 2019″ beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.

Bu barədə “Azeri Today” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, “Eurovision kəndi” Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, Azərbaycanın “Eurovision 2019” təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb.

Bakıda azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin heykəlinin ucaldılması məsələsi nəzərdən keçirilir.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyeva bildirib.

Onun sözlərinə görə, heykəlin Səhiyyə Nazirliyinin həyətində ucaldılması təklif olunub: “Səhiyyə Nazirliyinin hazırkı binasını vaxtilə Ağa Musa Nağıyev xəstəxana kimi tikdirib və səhiyyə ocağı 2010-cu ilə qədər onun adını daşıyıb. Ağa Musa Nağıyevə Bakıda heykəlin ucaldılması arzumdur. Babamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək və bu barədə rəsmi səviyyədə mənə söz verilib. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı Nazirlər Kabinetinə artıq müraciət ünvanlayıb”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində İmadəddin Nəsimiyə həsr olunmuş sərgi açılıb.

“Azeri Today” “ONA” xəbər agentliyinə istinadən bildirir ki, sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş, 20-i Azərbaycan, 20-i ingilis dilində olmaqla ümumilikdə 40 lövhə təqdim edilib.

Lövhələrdə Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illüstrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.
Həmçinin Ədəbiyyat Muzeyinin Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhəri ve muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, Nəsimi filmindən olan səhnələrə aid fotolar və s. təqdim olunub.

Azərbaycanın Türkiyədəki səfirliyində Novruz bayramı münasibətilə ziyafət təşkil olunmuşdur.

“Azeri Today” “Azertac”-a istinadən xəbər verir ki, Novruz şənliyində Türkiyə Prezident administrasiyasının baş katibi Mustafa İsen, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, xarici işlər və mədəniyyət nazirlərinin müavinləri, parlament üzvləri, diaspor təmsilçiləri iştirak etmişlər.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov qədim bayramın Azərbaycanda ənənəvi olaraq yüksək səviyyədə qeyd edildiyini bildirmiş, tədbir iştirakçılarını Novruz münasibətilə təbrik etmişdir.

Daha sonra təqdim edilən milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Səməni, Novruz şirniyyatları və milli ənənələrimizi əks etdirən atributların olduğu salonda qonaqlara bayram plovu verilmişdir.

Novruz bayramı cənub bölgəsində xüsusilə qeyd olunur.

Masallıda da Novruz bayramı münasibətilə festival təşkil edilib. Festivalın məqsədi Novruz bayramının adət-ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək, insanların bayram əhval-ruhiyyəsini artırmaq, bölgələrdə yaşayan müxtəlif xalqların milli mədəniyyətini, folklorunu, mətbəxini tanıtmaqdır.

Qeyd edək ki, Bahar festivalı martın 19-u axşam saatlarınadək davam edəcək.

“Azeri Today” “ONA”-ya istinadən xəbər verir ki, ötən gün Texas Ştatının Hyuston şəhərində Novruz festivalı təşkil edilib.

Festivalda türkdilli ölkələr Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan təmsil olunub. Texas Ştatında fəaliyyət göstərən türkdilli cəmiyyət və təşkilatların təşkil etdiyi şənlikdə hər ölkəyə məxsus stendlər qurulub.

Həmin stendlərdə türk xalqalrının adət-ənənələrini əks etdirən əşyalar sərgilənib. Sonda məktəblilərin ifasında milli rəqs nümunələri nümayiş etdirilib.

Festival yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Azərbaycan diasporunun nümayəndələri, fransalı qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev nəsildən-nəslə ötürülən Novruz bayramının həmrəylik, qardaşlıq, dostluq bayramı olduğunu və xalqımız üçün çətin dövrlərdə belə zamanın sınaqlarından keçən bu bayramın Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə rəssam Seyran İmanzadənin rəsmlərindən ibarət sərgi nümayiş olunub və zurnada xalq havaları səsləndirilib.

Xəbərlər