USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“Fevral ayının sonuna kimi Suriya ordusunu müşahidə məntəqələrindən uzaqlaşdırmaqda qətiyyətliyik”.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Verilən vədlərə əməl edilməsini gözlədik. Ancaq bizə verilən vədlərə əməl olunmadığı kimi, razılaşmalara da heç kim riayət etmir. Hücumlar birbaşa əsgərlərimizi hədəf almağa başlayıb. Əgər məsələ belədirsə, biz də sözə yox, meydandakı həqiqətlərə baxıb hərəkət edəcəyik. İdlibdə mülki insanların yaşadıqları yerləri vuran hərbi təyyarələr əvvəlki kimi rahat şəkildə hərəkət edə bilməyəcəklər. Artıq heç kimin təxribatlarına göz yummayacağıq. Müşahidə məntəqələrindəki əsgərlərimizə ən xırda zərər veriləcəyi təqdirdə, bu gündən etibarən İdliblə bağlı imzalanan Soçi razılaşmasına baxmayaraq, Suriya ordusunu hər yerdə vuracağımızı elan edirəm”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Xəbərlər