USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“Bu vəhşi hücumlara son qoyulmalıdır. NATO müttəfiqimiz Türkiyənin yanındayıq və özünümüdafiə addımlarını dəstəkləyirik”.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Suriyanın İdlib bölgəsində türkiyəli hərbçilərə edilən silahlı hücumla bağlı yayılan yazılı açıqlamasında belə deyilir.

Bu ölkələrin və “Hizbullah”ın Suriyada atəşkəsin pozulmasında rolu olduğunu qeyd edən Mayk Pompeo bildirib ki, Suriyada BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq, sabitliyin təmin olunmasına ehtiyac var. Bu qərarın şərtləri pozulduğu halda beynəlxalq aləmə mənfi təsir göstərməməsi üçün ABŞ-ın müdaxiləsinin mümkünlüyünü də istisna etməyib.

Xəbərlər