USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Bu ilin ortasında “Bakı xanları evi”ndə virtual muzey istifadəyə veriləcək.

“Azeri Today” “Trend”-ə istinadən xəbər verir k8i, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Sədr deyib ki, muzeydə Bakının orta əsrlərinə virtual səyahət etmək mümkün olacaq. Bundan başqa, Qala Qoruğunda açıq səma altında və antik muzeydə ekspozisiya və sərgilər təşkil olunacaq.

İdarə Heyətinin sədri əlavə edib ki, İçərişəhərə, eləcə də Qala Qoruğuna gələn turistlərin sayı gündən-günə artır. Belə ki, 2019-cu il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilib. Bundan başqa, hesabat ili ərzində muzeylərdə ziyarətçilərin sayı 383.528 nəfər təşkil edib.

Xəbərlər