USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Ötən il Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

“Azeri Today” bildirir ki, 2019-cu ildə fonda manatla toplanan vəsaitin həcmi 10 milyon 441 min 835,09 manat artıb.

Belə ki, ötən ilin yanvarın əvvəlindək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği 96.449.530,00 manat təşkil edibsə, 2020-ci ilin yanvarın 8-də bu məbləğ 106.891.365,09 manata çatıb. Bu isə 10,8% artım deməkdir.

Ötən il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna avro ilə daxil olan vəsait 2 min 430 avro artıb. Bu dövr ərzində fonda toplanan dollar və rubl vəsaitində dəyişiklik olmayıb.

Qeyd edək ki, cari il yanvarın 8-dək fonda ümumilikdə 106.891.365,09 AZN, 213.577.88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait toplanıb.

Xəbərlər