USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib.

“Azeri Today”-ın “Report”-a istinadən xəbərinə görə,, 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.

Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək.

Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41 462 namizəd qeydiyyata alınıb.

Seçkiləri izləmək üçün 52 636 müşahidəçi qeydə alınıb. Habelə, seçkiləri izləmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Eyni zamanda, bu ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin edilib.

Səsvermə 11 saat davam edəcək və saat 19:00-da başa çatacaq.

Xəbərlər