USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

“ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanınması ilə bağlı qəbul etdiyi qətnamə hüquqi cəhətdən əsassızdır və Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi üzrə səyləri sarsıtmaq məqsədi daşıyır”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin necə siyasiləşdirilməsinə dair nümunədir. Bu qərar həm də Türkiyə ilə ABŞ arasındakı münasibətləri inkişaf etdirmək səylərini pozmaq üçün atılmış satsıdıcı cəhddir”, – bəyanatda deyilir.

Türkiyə XİN-dən bildirilib ki, tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç vaxt məqsədlərinə çatmayacaqlar.

“Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcək”, – nazirliyin yaydığı bəyanatda vurğulanır.

Xəbərlər