USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8%, qeyri-ərzaq malları üzrə 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,1% artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak qiymətləri 0,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 0,9%, qeyri-ərzaq malları üzrə 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 0,1% artıb.

Xəbərlər