USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

İlkin araşdırmalara və digər tələbələrin verdiyi məlumata görə, zəhərlənmə ev şəraitində hazırlanaraq konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər. Hadisə gecə saatlarında baş verib.

“Azeri Today” “qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.

O bildirib ki, tələbələr özlərini yaxşı hiss etmədiklərinə görə təcili tibbi yardım çağırılıb: “3 tələbə olub otaqda. Onların vəziyyəti yaxşılaşandan sonra tibbi yardım binanı tərk edib. Amma çox təəssüf ki, səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər. Onlardan biri dünyasını dəyişib. Ailəsinə başsağlığı veririk.

Prorektor əlavə edib ki, digər iki tələbə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır.

Xəbərlər