USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, toplantıda Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu, Qazaxıstanın XİN başçısı Muxtar Tleuberdi və Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov iştirak edir.

Türk Şurasına üzv olmaq haqqında qərar qəbul edən Özbəkistanın xarici işlər naziri Əbduləziz Kamilov da iclasda iştirak edir.

Nazirlərin bu görüşü oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitinə hazırlıq xarakteri daşıyır.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə qərar qəbul ediləcək.

Xəbərlər