USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

İranda keçirilən 51-ci erməni olimpiadasında Dağlıq Qarabağdan heç bir komanda iştirak etməyib.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Səfirliyin İranın rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib. Ümumiyyətlə, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd olunub ki, İran Azərbaycanın müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcək. “İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz”, – səfirlikdən vurğulayıblar.

Xatırladaq ki, daha əvvəl Azərbaycan KİV-də Tehranda keçirilən erməni olimpiadasında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan komandanın iştirak etməsi barədə məlumat yayılmışdı.

Xəbərlər