USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 19-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Azeri Today”-a verilən məlumata görə, nazir Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

Səfir Ö.Litzenberqer ABŞ-ın Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Terri Həmriki Müdafiə nazirinə təqdim edib.

Nazir yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Xəbərlər