USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib.

“Azeri Today” Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, 50 ölkədən 200-yə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Azərbaycan atleti birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub. Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

Xəbərlər