USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib.

“Azeri Today” “TASS”-a istiandən xəbər verir ki, zərbə qanadlı və ballistik raketlərlə həyata keçirilib.

Raket zərbələrinə İraqın qərbindəki “Eyn əl-Əsəd” və ölkənin şımalında Ərbil şəhəri yaxınlığında yerləşən hərbi bazalar məruz qalıb.

SEPAH-ın bəyanatına görə, ABŞ-ın hərbi bazalarına qarşı əməliyyat “Şəhid Süleymani” adı alıb.

“Biz ABŞ hökumətinə bildiririk ki, İrana qarşı təcavüz edilən istənilən ərazi hücuma məruz qalacaq”, – deyə bəyanatda bildirilir.

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

ABŞ Dövlət Departamentinin saytında yer alan xəbərə görə, tərəflər arasında görüş bu gün Brüsseldə baş tutacaq.

Qeyd edək ki, bu gün və sabah Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir.

“UNESKO İraqın Mosul şəhərini yenidən inşa edəcək”.

Bu barədə UNESKO baş direktorunun kabinetinin rəhbəri Nikolas Kassianides bildirib.

Onun sözlərinə görə, Mosul şəhərinin UNESKO-nun hesabına yenidən bərpası qarşıdakı onillikdə qurumun üç mühüm layihələrindən biri olacaq: “Mosulda bərpa olunacaq abidələr arasında dağıdılmış məscidlər, kilsələr, tarixi abidələr və bütövlükdə qədim şəhər var”.

Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü ildə İŞİD terrorçuları tərəfindən dağıdılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşüb.

“Azeri Today” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla əvvəlcə təkbətək görüş keçirəcək.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.

Türkiyə ordusu Suriyada antiterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.

“Azeri Today” “Report”-a istiandən xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Suriyanın şimalında “Barış pınarı” (“Sülh bulağı”) adlı antiterror əməliyyatının başlaması ilə bağlı məlumatı nə təsdiq, nə təkzib edib: “İşlərimizi davam etdirik. Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir”.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də qonağım olacaq”.

“Azeri Today” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Türkiyə ilə münasibətlərə dair yeni bəyanatla çıxış edən Ağ Ev sahibi vurğulayıb ki, ABŞ-ın Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu bir çox insan unudur: “Türkiyə faktiki olaraq bizim “F-35” qırıcılarımızın polad konstrukiyasını düzəldir. Onlar Suriyanın İdlib əyalətində çoxlu sayda insanın həyatı xilas edilərək geri qayıdıblar. Mənim xahişimlə rahib Branson uzunmüddətli həbsdən azad edilib. Eləcə də bunun da yadda saxlamaq vacibdir ki, Türkiyə NATO-nun çox yaxşı nüfuza malik üzvüdür”.

“Suriyanın şimalını terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik”.

“Azeri Today” “Report”-a istiadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Suriya məsələsi ilə bağlı yazıb.

“Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik”, – deyə M.Çavuşoğlu vurğulayıb.

ABŞ prezidenti Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində məlumat verib.

“Mən dünən axşam Con Boltona xidmətlərinin artıq Ağ Evdə lazım olmadığını bildirdim. Mən onun bir çox məsləhətləri ilə razılaşmırdım, həmçinin administirasiyadakı bir sıra şəxslər kimi. Buna görə Condan istefasını istədim və o da bu səhər istefasını verdi”.

Tramp Con Boltona xidmətlərinə görə təşəkkür edib.

Con Bolton Trampın açıqlamasından sonra, tvitter səhifəsində istefa təklifini ilk olaraq Trampa təqdim etdiyini, Trampın isə bu məsələ ilə bağlı “sabab danışarıq”, cavabını verdiyini bildirib.

Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan məlumatına əsasən, seçicilərin 45 faizdən çoxu səsvermədə iştirak edib.

Seçki başa çatdıqdan sonra “exit-poll”un ilkin nəticələri açıqlanıb. Yerli təşkilatların apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2 faiz, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.

Qeyd edək ki, seçkilərin yekun nəticələri may ayının 1-dək elan ediləcək.

Şri-Lankanın paytaxtı Kolombonun kilsələrindən birinin yaxınlığında bir partlayış baş verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, insident istehkamçı dəstə aşkarlanan partlayıcı qurğunu zərərsizləşdirməyə çalışan zaman meydana gəlib.

Hadisə nəticəsində yük maşını yararsız hala düşüb. İtkilər barədə məlumat verilmir.

Qeyd edək ki, dünən Şri-Lankada Pasxa bazarında silsilə terror hücumları törədilib: ilk altı partlayış üç kilsədə, üç partlayış ölkənin müxtəlif hotellərində, yeddinci partlayış adanın qərbində, səkkizinci isə şəhərkənarı Kolombo qəsəbəsinin yaşayış kompleksində baş verib.

Son rəqəmlərə görə, itki sayı 290 nəfərə çatıb, 500 nəfər yaralanıb. Qurbanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları yer alır.

Xəbərlər