USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

dünya

Türkiyə Ordusu Suriyanın İdlib bölgəsinə yerləşməyə başlayıb.

“Azeri Today” xəbər verir ki, ərazi artilleriya atəşinə tutulub.

Bölgəyə xüsusi təyinatlı birləşmələr də göndərilib.

“Suriyanın İdlib şəhəri ilə bağlı problemi həll etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskvada keçirilən görüşü nəticəsiz başa çatıb. Çünki təklif olunan variant bizi qətiyyən qane etmir”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında deyib.

“Təəssüflər olsun ki, indiyə qədər istədiyimiz nəticəni əldə edə bilməmişik. Ona görə də son xəbərdarlığımızı edirik. Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək üçün bütün hazırlıqlarını görüb. Hər an əməliyyatlara başlaya bilərik. Daha açıq formada desəm, İdlibdə əməliyyatlar hər an başlaya bilər”.

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 30,6 min, bu virus səbəbindən ölənlərin sayı isə 633 nəfərə çatıb.

“Azeri Today” “Report”-a istinadən xəbə verir ki, mərkəzi hökumət orqanlarının məlumatına görə, ölkədə 186 mindən çox insan karantindədir.

Məlumata görə, virus ən çox Hubey əyalətində yayılıb. Burada 22,1 min nəfər koronavirusa yoluxub, 618 nəfər ölüb.

Əyalətdə xəstəliyə yoluxan insanlarla təmasda olmuş 64 mindən çox vətəndaş həkimlərin daimi nəzarətindədir.

“Bu vəhşi hücumlara son qoyulmalıdır. NATO müttəfiqimiz Türkiyənin yanındayıq və özünümüdafiə addımlarını dəstəkləyirik”.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Suriyanın İdlib bölgəsində türkiyəli hərbçilərə edilən silahlı hücumla bağlı yayılan yazılı açıqlamasında belə deyilir.

Bu ölkələrin və “Hizbullah”ın Suriyada atəşkəsin pozulmasında rolu olduğunu qeyd edən Mayk Pompeo bildirib ki, Suriyada BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq, sabitliyin təmin olunmasına ehtiyac var. Bu qərarın şərtləri pozulduğu halda beynəlxalq aləmə mənfi təsir göstərməməsi üçün ABŞ-ın müdaxiləsinin mümkünlüyünü də istisna etməyib.

“Qüdsün tarixi və hüquqi statusunun mühafizəsi üçün səylərimizi artırmalıyıq”.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər nazirlərinin iclasında çıxışı zamanı deyib.

“İsrail və Fələstin arasında sülhü fələstinlilərdən daha çox heç kim istəyə bilməz. Qüdsün müdafiəsi üçün yaradılan İslam Əməkdaşlıq Təşkilatı 50-ci il dönümündə Qüdsü Fələstindən ayırmağı nəzərdə tutan plana qarşı ortaq və sağlam davranış nümayiş etdirə biləcəkmi? Bu sualı özümüzə verməliyik. Bütün dünyanın diqqəti bizə yönəlib. Bu gün birlik günüdür. Aramızda mövcud olan fikir ayrılıqlarını bir kənara qoyub, mövqelərimizi yaxınlaşdırmalıyıq”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Londonun cənubunda terror aktı törədilib.

“Azeri Today”-ın “Riya “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu da daxil olmaqla 4 nəfər ölüb, ən az 20 nəfər yaralanıb.

Rusiya Türkiyəyə 120-dən artıq S-400 “Triumf” zenit-raket kompleksləri üçün raket satıb.

“Azeri Today” “Trend”-ə istiandən yazır ki, bu barədə “TASS”a hərbi-diplomatik mənbə deyib.

Mənbə bildirib: “Türkiyə iki S-400 diviziyası, 120-dən artıq zenit raketi, həmçinin köməkçi avadanlıqlar, ehtiyat hissələri və alətlər alıb”. Onun sözlərinə görə, razılaşmanın şərtləri Türkiyə tərəfinə texnologiyaların verilməsi nəzərdə tutmurdu.

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyan qətlə yetirilib.

“Azeri Today” erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib.

G. Kutoyanın güllə yaraları olan meyiti Yerevanda yerləşən mənzildə tapılıb.

Rusiyanın baş naziri Dmitri Medvedev ölkə prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Bu barədə Rusiya KİV-ləri bildirib.

Rusiyanın dövlət başçısı görülən işlərə görə hökumətə təşəkkür edib.

Xəbərlər