USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

idman

Hacı Əliyev və Ağahüseyn Mustafayevin ardından daha bir güləşçimiz erməni rəqibini Avropa çempionatında məğlub etməyi bacarıb.

İslam Abbasov 1/4 finalda dünya və ötən ilin Avropa çempionu olmuş Maksim Manukyanı 6:1 hesabı ilə məğlub edib.

Həm İslam Abbasov, həm də Eldəniz Əzizli ilə Taleh Məmmədov axşam seansında yarımfinal görüşlərinə çıxacaq.

Daha bir güləşçimiz Avropa çempionatında erməni güləşçidən üstün olub.

“Azeri Today” xəbər verir ki, 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryanla qarşılaşıb.

İdmançımız rəqibinə 12:2 hesabı ilə vaxtından erkən qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

Çexiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, beynəlxalq yarışın son günündə millimiz aktivinə daha bir medal yazdırıb. 57 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı yalnız bir görüşdə uduzaraq bürünc medala sahib olub.

Beləliklə cüdoçularımız Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. İlk yarış günündə İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olub.

Yeniyetmə cüdoçularımız Çexiyanın Teplitse şəhərində keçirilən Avropa kuboku yarışının komanda hesabında medalların həm əyarı, həm də sayına görə 1-ci yeri tutublar.

Millimizin baş məşqçisi Ramiz Ramizzadəyə yarışın baş kuboku təqdim olunub.

Riqada (Latviya) bədii gimnastika üzrə “Baltic Hoop” və “Riga Spring” adlı iki beynəlxalq turnir keçirilib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvləri hər iki yarışda çıxış ediblər.

Böyüklər arasında Azərbaycan təmsilçisi Veronika Qudis “Baltic Hoop” turnirində iki final mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə gimnastımız həm gürzlər, həm də halqa ilə 8-ci yerdə qərarlaşıb. Çoxnövçülükdə isə Qudis 63.050 xalla 10-cu, digər Azərbaycan təmsilçisi Darya Sorokina isə 13-cü (60.350) olub.

Böyüklərin turniri ilə paralel gedən digər yarışda isə gənc gimnastlar medallar uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastları “Riga Spring” adlı yarışda 4 finalda çıxış ediblər. Belə ki, Nərminə Səmədova lent ilə çıxışına görə hakimlərdən 15.350 xal almağı bacarıb və bürünc medala layiq görülüb. Digər 3 final mərhələsində isə ölkəmizi Arzu Cəlilova təmsil edib. A.Cəlilova isə ən yaxşı nəticəsini ip ilə çıxışında göstərərək, turniri 5-ci yerdə bitirib.

Azərbaycan millisi Zaqrebdə Xorvatiya kollektivinə məğlub olub.

“Azeri Today” xəbər verir ki, komandamız meydan sahiblərinə 1:2 hesabı ilə uduzub.

Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə dördüncü dəfə keçirilən Dünya Kubokunun açılış mərasimi keçirilib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə əvvəlcə 41 iştirakçı ölkənin bayraqları nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçı ölkələri salamlayıb: “İdmançılarımızın beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələrlə fəxr edən ölkəmiz indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1″ kimi yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın idman sahəsindəki uğurlarının müəllifi ilk növbədə Prezident İlham Əliyevdir. Bizim üçün çox sevindirici haldır ki, bir vaxtlar ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün Azərbaycanda inkişaf dövrünü yaşayır. Kişi və qadınlar gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. AGF-nin 2017 və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinqində birinci yeri tutması məhz bu diqqətin təzahürü, ölkədə gimnastikanın inkişafı istiqamətində aparılan fəaliyyətin səmərəliliyinin göstəricisidir. İl ərzində təşkil olunan gimnastika üzrə Avropa və dünya miqyaslı yarışların sayına və keyfiyyətinə, yarış məkanlarının texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər. Bakıda təkcə bu il ərzində gimnastikanın müxtəlif növləri üzrə 7 beynəlxalq yarış təşkil ediləcək. Bu, bizim üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də böyük məsuliyyət deməkdir. Əmin etmək istərdim ki, bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik”.

Y.Məmmədəliyev onu da qeyd edib ki, hazırkı Dünya Kubokunun fərqli cəhətlərindən biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır. O, bütün idmançılara olimpiadada iştirak hüququ qazanmalarını arzulayıb və Dünya Kubokunu açıq elan edib. Daha sonra Azərbaycanın dövlət himni səslənib və yarışa start verilib.

Qeyd edək ki, dörd gün davam edəcək turnirdə 41 ölkədən 120-yə yaxın kişi, 40-dan çox qadın gimnastın mübarizə aparacağı gözlənilir. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda 4 idman gimnastı – 3 kişi və 1 qadın təmsil edəcək. Kişilərin yarışına Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova qatılacaq. Ağarzayev sərbəst hərəkətlər, dəstəli at və dayaqla tullanma, Simonov halqalar, paralel qollar və turnikdə, Tixonov və Nekrasova isə bütün hərəkətlərdə mübarizə aparacaq.

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib.

“Azeri Today” Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, 50 ölkədən 200-yə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Azərbaycan atleti birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub. Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

“Azeri Today” “Sportlife”-ə istinadən xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Təmsilçilərimizdən yalnız Davud İbrahimov ümidləri doğruldaraq, bürünc medalı boynundan asıb. Beləliklə, Novi Sadda ilk medalımız İbrahimovdan gəlib.

“Azeri Today” “Azvision.az”-a xəbər verir ki, günün son oyununda “Neftçi” səfərdə “Sumqayıt” klubunun qonağı olub. “Kapital Bank Arena”da keçirilən görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbsilə başa çatıb.

Bu oyundan sonra xallarını 44-ə çatdıran “Neftçi” yenidən liderliyə yüksəlib, “Sumqayıt” isə 16 xalla sonuncu yerdədir.

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatında mübarizəyə başlayır.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, ilk turda rəqib Çin yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Millinin ən aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov digər turnirlərə hazırlaşmaları səbəbindən Astanaya yollanmayıblar. Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edəcək.

Rəqib komandanın heyətində isə Dinq Liren, Yu Yanqyi, Vey Yi, Bu Syançji və Ni Hua yer alıb.

Bundan başqa Hindistan – İsveç, İran – Rusiya, Misir – ABŞ və İngiltərə – Qazaxıstan qarşılaşmaları da oynanılacaq.

Dünya çempionatı ümumilikdə 9 turdan ibarət olacaq. Yarışa martın 14-də yekun vurulacaq.

Xəbərlər