USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

idman

Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar.

“Azeri Today” “Oxu.Az”-a istinadən xəbər verir ki, gimnastlarımız 17,800 bal toplayıblar. Azərbaycan komandasının tərkibində Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva çıxış edib.

İkinci yerə Rusiya, üçüncü isə Rumıniya komandaları çıxıb.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri – İngiltərənin “Arsenal” klubu bu gün Bakıya gəlib.

“Azeri Today” xəbər verir ki,  komanda Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib və matç günü iştirak ərizəsinə 23 oyunçunun adı daxil ediləcək

Xatırladaq ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq həlledici oyunda “Çelsi” və “Arsenal” klubları qarşılaşacaq.

UEFA İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanı Bakıdakı Avropa Liqasının finalına gətirməməsinə münasibət bildirib.

“Azeri Today” “Evening Standard”a istinadən xəbər verir ki, qurum bunun 30 yaşlı yarımmüdafiəçinin şəxsi qərarı olduğunu vurğulayıb.

Bildirilib ki, UEFA Mxitaryan üçün London təmsilçisinə böyük təhlükəsizlik planı təqdim edib: “UEFA oyunçu ilə bağlı Azərbaycanın ali hakimiyyət orqanlarından təhlükəsizliyi ilə bağlı təminat alıb. Bu zəmanətlər nəticəsində hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib. “Arsenal” UEFA və Azərbaycan hökumətinin bu məsələdə səy göstərdiyini qəbul edir. Biz klubun futbolçu ilə finala getməmə qərarına hörmətlə yanaşırıq”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.

Azərbaycanın Gənclər və İdman Nazirliyi “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının finalı ilə əlaqədar təhlükəsizlik məsələsinə dair açıqlama verib.

Açıqlamada bunlar qeyd olunur:

“Henrix Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi məsələsinə gəldikdə, bildirmək istərdik ki, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır”.

Qeyd edək ki, “Arsenal” klubu təhlükəsizlik təminatına dair məktub almadığını iddia edir.

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

“Azeri Today”-ın bildirdiyinə görə, 73 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulu üstələyib.

H.Heydərov rəqibini cərimə xalları hesabına yenib.

Eyni çəki dərəcəsindəki Rüstəm Orucov kosovolu Akil Qjakova, Telman Vəliyev isə rusiyalı Denis Yartsevə qalib gələrək bürünc medala sahib olublar.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb. Turnirə mayın 12-də yekun vurulacaq.

Mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsinə vəsiqə qazanan “Arsenal” klubunun formasını geyinən erməni futbolçu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməməsi ilə bağlı müzakirələr bitmək bilmir.

UEFA bu məsələ ilə bağlı bəyanat yayıb.

Qurum erməni futbolçunun Azərbaycana gəlməsində heç bir problemin olmadığını bildirib.

“Bu, UEFA üçün standart prosedurdur. Assosiasiyalara, klublara və ya səfirliklərə futbolçuya viza verilməsi və UEFA-nın himayəsi altında keçirilən futbolda iştirak imkanı yaradılması üçün məktubla müraciət edilib.

Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfinə müraciət etmişik. Azərbaycan Futbol Federasiyası Assosiasiyası təsdiq edib ki, bu futbolçunun Azərbaycana gəlişi və qayıdışı ilə bağlı heç bir problemi olmayacaq və təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görüləcək”, – UEFA-nın mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Bakıda keçiriləcək final oyununda iki London klubu üz-üzə gələcək. Yarımfinalda Almaniyanın “Ayntraxt” klubunu penaltilər seriyasında məğlub edən “Çelsi” turnirin qalibi olmaq üçün İspaniya “Valensiya”sını yenən “Arsenal”ı sınağa çəkəcək.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

“Azeri Today” xəbər verir ki, “Qarabağ” ümumilikdə 7-ci, ardıcıl isə 6-ci çempionluğunu qazanıb.

Ağdam təmsilçisi buna XXVII turda öz meydanında “Səbail”i 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42 və 69 və 87-ci dəqiqələrində fərqlənən Mahir Mədətov het-trikə imza atmış olub.

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” çempionatın başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi “Neftçi” üçün əlçatmaz olub. “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməklə gümüş medallara sahib çıxıb.

İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017 və 2017/2018 mövsümlərinin ardından yenə rəqiblərini qabaqlayıb.Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri başa çatıb.

“Azeri Today” “Oxu.Az”-a istinadən xəbər verir ki, karateçimiz Rafael Ağayev (-75 kq) yarışın bürünc medalını qazanıb. Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2:0 hesabı ilə qalib gələn idmançımız dünya və Olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.

Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

“Karate 1” seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında İslam Abbasov (-87 kq) final görüşünə çıxıb.

“Azeri Today” “Oxu.Az”-a istinadən xəbər verir ki, o, dünya və ikiqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Jan Belenyukla qarşılaşıb.

İdmançımız atası ruandalı olan Belenyuka 1:5 hesabı ilə yenilərək gümüş medalla kifayətlənib. Bununla da İslam Abbasov böyüklər arasında ilk mükafatını qazanıb.

Hacı Əliyev və Ağahüseyn Mustafayevin ardından daha bir güləşçimiz erməni rəqibini Avropa çempionatında məğlub etməyi bacarıb.

İslam Abbasov 1/4 finalda dünya və ötən ilin Avropa çempionu olmuş Maksim Manukyanı 6:1 hesabı ilə məğlub edib.

Həm İslam Abbasov, həm də Eldəniz Əzizli ilə Taleh Məmmədov axşam seansında yarımfinal görüşlərinə çıxacaq.

Xəbərlər