USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

idman

Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən,birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat,ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat.

Milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

“Azeri Today” “Report”-a istiandən xəbər verir ki,Azərbaycan millisi Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

Yarışın son günündə 36 dəst medal sahibini tapıb. Azərbaycan millisi bu gün hesabına 4 medal yazdırıb. Güləşçilərdən İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal əldə edib. Karateçi Rafael Ağayevlə (75 kq) Firdovsi Fərzəliyev (60 kq) də “gümüş”lə kifayətlənib.

Beləliklə, Azərbaycan yığması “Minsk 2019″u 10-cu pillədə başa vurub. Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşaya bilib.

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal qazanıb.

65 kq çəkidə yer alan 28 yaşlı pəhləvan finalda Vladimir Xinçeqaşvilini məğlubiyyətə uğradıb. İlk hissədə ardıcıl iki fəndlə 4:0 hesabı ilə önə çıxan Əliyev rəqibin etirazları qəbul olunmayınca aktivinə daha 1 xal yazdırıb.

İkinci yarının əvvəllərində Xinçeqaşvili 2 xal alsa da, Əliyev daha 5 xalla fərqi 8-ə çatdırıb. Nəticədə o, 10:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) da qızıl medal qazanmışdı. Beləliklə, H.əliyevin bu qələbəsindən sonra hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 4 gümüş və 9 bürünc medal var.

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev II Avropa Oyunlarında finala çıxıb.

“Azeri Today” xəbər verir ki, Hacı Əliyevin rəqibi Ukrayna təmsilçisi Hor Ohanesyan olub.

Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medal qazandırıb.

“Azeri Today” “AZƏRTAC”-a xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdoçuların fərdi yarışlarının sonuncu gününün medal qarşılaşmalarına start verilib.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə çıxıb.

90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz hollandiyalı Noel Vant End ilə üz-üzə gəlib. İdmançımız yarışın bürünc mükafatçısı olub.
Eyni zamanda Avropa çempionatı statusu daşıyan cüdo yarışlarının ilk iki günündə Azərbaycan idmançıları 2 medal qazanıblar. Bunadək Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) bürünc mükafat əldə edib.

Ümumilikdə isə bu, idmançılarımızın Minskdə 9-cu medalı (4 gümüş, 5 bürünc) olub.

Qeyd edək ki, bu gün daha üç cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Elmar Qasımov (100 kq) xorvatiyalı Zlatko Kumriç, Uşanqi Kokauri (+100 kq) avstriyalı Stefan Heqi, İrina Kindzerska (+78 kq) ukraynalı Qalina Tarasova ilə qarşılaşacaq.

Azərbaycanın daha bir samboçusu “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən Emil Həsənov 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edib.

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstan kollektivi ilə üz-üzə gəlib.

“Bakcell Arena”da təşkil olunmuş qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Seçmə mərhələdə 3 oyun keçirən Macarıstan bu nəticədən sonra 6-cı xalını qazanıb. Azərbaycan isə hər iki qarşılaşmadan məğlub ayrılıb.

E qrupunun digər oyununda Xorvatiya Uelsi 2:1 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra Xorvatiya və Macarıstan 6 xalla birinci ikinci yerləri bölüşdürür. Uels və Slovakiyanın isə hərəyə 3 xalı var. Azərbaycan isə sıfır xalla sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Bakıda Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.

Bakıda UEFA Avropa Liqasının finalçıları – İngiltərənin“Çelsi” və “Arsenal” komandalarının mükafatlandırma mərasimi keçirilib.

“Azeri Today” xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.

Avropa Liqasının kubokunu isə Çeferin “Çelsi”nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.

Qeyd edək ki, final matçı “Çelsi”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqası finalını 40-a yaxın TV şirkəti işıqlandıracaq.

“Azeri Today” “Oxu.az”-a istinadən xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Azərbaycandakı finalı 300-dən artıq media qurumu stadiondan işıqlandıracaq. Bunların içərisində yerli və xarici media orqanları var.

Qeyd edək ki, “Arsenal” və “Çelsi” bu gün finalda qarşılaşacaq. Final görüşü saat 23:00-da başlayacaq. Bu görüşü Azərbaycanda “CBC Sport” canlı yayımlayacaq.

Xəbərlər