USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiyanın növbəti qərarına əsasən yaxın günlərdə daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, birdəfəlik ödəmə vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.

Məlumat üçün bildirək ki, şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 877 şəhidin 17 690 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 97 faizə çatıb.

Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olan şəxslərin sayı artıb.

“Azeri Today”-ın “Oxu.Az”-a istinadən məlumatına görə, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı 2019-cu ilin dekabrın 5-də yenilənib.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndakı şəxslərin sayı 895 nəfərdir.

Onların içərisində deputatlar, musiqiçilər, jurnalistlər və başqaları var.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən səfərlər cinayət sayılır.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.

Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

“Azeri Today”-ın Vəhdət Partiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, Vəhdət Partiyasının Baş Məclisinin iclasında Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi haqqında partiya sədrinin məruzəsi dinlənilib, bu seçkilər geniş islahatlar proqramının tərkib hissəsi kimi zəruri sayılıb.

Vəhdət Partiyası növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

“AZƏRTAC” xəbər verir ki, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanda gələn il fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 50-ə yaxın şəxs müraciət edib.

“Azeri Today” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərin 7 nəfərinin namizədliyi artıq təsdiq olunub.

Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey­rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq olunub.

Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb.

Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha­zırda səhhəti qənaətbəxşdir.

Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril­ib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

“Əbu Bəkr məscidinin yenidən açılması nəzərdə tutulur”.

Bu barədə Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bunun üçün məsciddə icmanın yaradılması planlaşdırılır: ”Məscidin minarəsinin təməlində problem aşkar edilmişdi. Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq”.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

“Trend”in məlumatına görə, YAP İdarə Heyətinin iclasında ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğu, əhalinin rifah halının daha da yüksəldiyi, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyi və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyi diqqətə çatdırılır.

Qeyd olunur ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Bu baxımdan 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti müzakirələrin yekunu olaraq 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul edib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında, həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

“Ekologiya postu” yaxınlığında ticarət mərkəzi yanır.

“Azeri Today” xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində tikinti materialları satılan “EuroHome” mərkəzində baş verib.

Bir mağazada başlayan yanğın qısa müddətdə digərlərinə yayılıb.

Xəbərlər