USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.

Bu barədə Forumopera.com saytı məlumat yayıb.

Bildirilib ki, Y. Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi. Lakin, həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib:

“Tədbir fevralın 7-də baş tutacaqdı. Amma erməni müğənni orada iştirak etməyəcək. Tenor qazandı və sopranonun tərk edilməsi istənilib”,- Loran Byuri yazıb.

“Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində gərginlik qalmaqdadır”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, əməkdaşlar hələ də ərazidədir və araşdırmalar davam etdirilir:

“Asfalta tökülən torpaq qatı götürülməyib. Hazırda asılı qalmış torpaq qatında xırda uçqunlar baş verir”.

İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün ödənişli və ödənişsiz efir vaxtı verməyə hazırdır.

“Azeri Today”-ın “Report”-a istiandən xəbərə görə, bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq, ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək: “Bununla bağlı yanvarın 17-dən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.

Ödənişli təbliğata gəlincə, İTV və İctimai Radio artıq parlament seçkiləri çərçivəsində siyasi reklam üçün müəyyən etdiyi qiymətləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır. Qiymətlər və siyasi reklamın efirə getmə vaxtları ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar. Bu qiymətlər hazırda İTV və İctimai Radioda mövcud olan qiymətlər əsasında formalaşdırılıb.

2015-ci il parlament seçkilərinə nisbətən qiymətlərdə olan artım son 5 il ərzində reklam və televiziya bazarında baş vermiş dəyişikliklər, habelə İTV-nin və İctimai Radionun efirinin xeyli təkmilləşməsi ilə bağlıdır. Eyni zamanda İTV və İctimai Radionun bu siyasi reklamın yerləşdirilməsi üçün öz proqram şəbəkəsində dəyişiklik edəcəyi də istisna olunmur. Qanuna uyğun olaraq, ödənişli siyasi təşviqat üçün nəzərdə tutulan vaxt namizədlər arasında bərabər bölüşdürüləcək.

Ödənişli efir üçün müraciətlər qanunda nəzərdə tutulmuş qaydada İctimai Televiziya və Radio Yayımları Şirkətinə edilməlidir.

İctimai Televiziya və İctimai Radio qarşıdan gələn parlament seçkilərinin ölkənin ictimai-siyasi həyatında rolunu anlayaraq seçkilər çərçivəsində maarifləndirmə, ödənişli və ödənişsiz təbliğata xüsusi fikir verəcək. Biz ictimai yayımçı olaraq qanunla üzərimizə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirməyə hazırıq”.

Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib.

“Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işləyir”, – səfirlikdən vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

“Azeri Today” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumatda deyilir ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu gündən Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti yola düşəcək.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətinə verilir:

“Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq”.

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.

“Azeri Today” xəbər verir ki, yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb.

Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə 30 metr ərazini əhatə edir.

“Azeri Today” “Report”-ə istiandən xəbər verir ki, sürüşmə nəticəsində Badamdar yolu bağlanıb və torpaq ərazidəki restoranın divarlarına qədər çatıb.

“Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2149 nəfəri isə imza vərəqələrini artıq götürüb, 1041 nəfəri qaytarıb, 617-si isə qeydə alınıb”.

“Azeri Today” “AZƏRTAC”-a istiandən xəbər verir ki, dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

Xəbərlər