USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Azərbaycanda koronavirus şübhəsi olan xəstə hələ ki aşkarlanmayıb

“Azeri Today” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

“Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb. Həmçinin mərkəzi rayon xəstəxanalarında da palatalar ayrılıb. Lazımi dərman preparatları və digər ləvazimatlarla təminat yüksək səviyyədə təşkil olunub”.

Azərbaycanın sərhəd-keçid məntəqələri koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.

“Azeri Today” xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub.

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Bundan başqa Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması haqqında qərar verilib.

Digər qərara əsasən, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarət gücləndiriləcək.

Ötən il Azərbaycanda 58 min 317 nikah bağlanıb

“Azeri Today” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu isə 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ilə ölkə üzrə 56 min 888 nikah qeydə alınıb.

2019-cu ildə Azərbaycanda boşanmaların sayında da artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur.

2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub.

Ötən il Azərbaycanda qeyri-leqal dövriyyədən 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb.

“Azeri Today” xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, hesabat dövründə mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.

2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26672 cinayət qeydə alınıb.

“Report”un xəbərinə görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 namizəd müraciət edib.

“Azeri Today”-ın “Trend”-ə istinadən xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb. 1774 nəfəri isə imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 1542 nəfər deputatlığa namizəd kimi qeydə alınıb.

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.

“Azeri Today” xəbər verir ki, “Avrovizya 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayev faciənin 30 illiyi ilə bağlı özünəməxsus yeni kompozisiyasını təqdim edib.

Müğənni “Instaqram” səhifəsində kompoziyanın videosunu izləyiciləri ilə bölüşüb.

“Bu gün 20 yanvar faciəsindən 30 il keçir. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub. Onların ruhunu hörmət və ehtiramla yad edirəm. Mən öz hisslərimi, duyğularımı bu ifamla izah etmək istədim. Allah rəhmət eləsin!

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub”, – deyə Çingiz Mustafayev yazıb.

“Dilqəm Əsgərovun silahı girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər”.

Bu barədə Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Şəmkir rayonunun Çinarlı qəsəbə sakini Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib: “Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 2018-ci il dekabrın 12-də Kürdoğlu Əsgərov Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izaha olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq Kürdoğlu Əsgərovdan alınaraq Şəmkir Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsəgərov erməni girovluğundan azad olunduqdan sonra özünə qaytarıla bilər”.

“Onun həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, müraciət zamanı nə Kürdoğlu Əsgərov, nə də anası Şəmkir Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyib”, – E.Qasımov vurğulayıb.

“Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasimdə deyib.

Dövlət başçısı bildirib:

“Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra edərkən neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına.

Eyni zamanda, vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır – əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır”.

Gürcüstanın Tetritskaro rayonunun Tsintsxaro kəndində yaşayan azərbaycanlılar və svanlar arasında kütləvi dava olub.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, Bir neçə gün öncə baş verən insident nəticəsində 3 nəfər xəsarət alıb. İkisi azərbaycanlı olan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Kütləvi dava ilə bağlı iki nəfər saxlanılıb ki, onlardan da biri azərbaycanlıdır.

Xəbərlər