USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Aprelin 7-də Zaqatala stansiyasından 43 kilometr cənubda – Gürcüstan ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən alınan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyindən alınan məlumata görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Ermənistan vətəndaşlarının suallarını cavablandırmalı olub. Belə ki, sözügedən şəxslər həmin təyyarədə Brüsseldən Moskvaya uçurmuşlar. Söhbətin təşəbbüsçüsü ermənilər olub. Onlar azərbaycanlı naziri tanıyıblar. Söhbətin videoyazısı erməni sərnişinlər tərəfindən çəkilib.

E.Məmmədyarov ermənilərin suallarına cavab verib, rus və ingilis dillərində danışıb. Nazir Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı Azərbaycanın rəsmi mövqeyini özlərini ermənistanlı jurnalistlər kimi təqdim edən sərnişinlərin diqqətinə çatdırıb.

O, Qarabağda sülhün olmamasının səbəblərini açıqlayıb. “Armenpress”in keçmiş müxbirindən Ermənistan vətəndaşlarının Azərbaycan torpağında hərbi xidmətinin səbəblərini soruşub. Erməninin “Arsax erməni torpağıdır” deməsinə gülümsəyərək cavab verib ki, Qarabağın Azərbaycana aid olması onun adından da görünür və sərnişin qadına həyəcanlanmamağı məsləhət görüb. Sonra onun xahişilə “Qara bağ” sözünü rus dilinə çevirib: “Çernıy sad”.

Nazir özünü sərbəst aparıb, yaxşı əhval-ruhiyyədə, sadə geyimdə pencəksiz, boğazlı sviterdə olub.

Stüardessanın sərnişinlərdən söhbəti kəsərək öz yerlərində oturmağı tələb etməsilə nazir E.Məmmədyarov ilə Ermənistan vətəndaşlarının söhbəti bitib.

Müdafiə naziri Zakir Həsənov Ermənistan müdafiə naziri David Tonoyanın “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” açıqlamasına münasibət bildirib.

Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib ki, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar.

“Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda – erməni lobbisinin qarşısında deyib. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.

Zakir Həsənov bildirib ki, bu sözləri eşidəndə onların, doğrudan da, hücuma keçməsini arzulayıb.

“Hücuma keçsəydilər, mən onunla Yerevanda görüşərdim. Lakin onların hücuma keçməyə imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm”.

Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Azeri Today” xəbər verir ki, hadisə Bəşir Səfəroğlu küçəsində yerləşən Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzində baş verib.

Yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Sumqayıtda güclü partlayış olub.

“Azeri Today” “ONA” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki metaləritmə sexində qeydə alınıb.

Məlumata görə, hadisə martın 22-də olub. Sözügedən sexdə xətt təmirə dayanıbmış. Bildirilir ki, sexin rəisi xətti yenidən qoşmaq istəyərkən partlayış baş verib. Nəticədə 4 nəfər – 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu yanıq xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralılardan M.Seyidəliyev həkimlərin səyinə baxmayaraq, müalicə aldığı xəstəxanada 5 gündən sonra dünyasını dəyişib. Digər yaralılar isə paytaxt xəstəxanalarına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi binada söküntü işlərinə başlanılacaq”.

“Azeri Today” “Report”-a istinadən xəbər veriri ki, bunu açıklamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

O bildirib ki, söküntü işləri yaxın günlərdə həyata keçiriləcək: “Bina tam söndürülüb. Soyutma işləri yekunlaşdırılıb. Hazırda binanın aidiyyatı üzrə təhvil-təslimi ilə bağlı işlər aparılır”.

Martın 10-da şəhid olmuş Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının kiçik çavuşu Məmmədov Səxavət Füzuli oğlu ölümündən sonra medalla təltif edilib.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyev şəhid hərbçimizi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edib.

Martın 21-də DSX Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin ideoloji mərkəzində keçirilən tədbirdə medal şəhid sərhədçinin atasına təqdim olunub.

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

FHN-nin yaydığı məlumata görə, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycan paytaxtında ekskursiyaya çıxan Naxçıvan Muxtar Respublikasının məktəbliləri martın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakı Gənclər Mərkəzi ilə tanış olublar.

“Azeri Today” “Azərtac”a istinadən xəbər verir ki, Mərkəzdə naxçıvanlı məktəblilərə burada yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, Bakı Gənclər Mərkəzi ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Mərkəz 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmən fəaliyyətə başlayıb. Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa olunan mərkəz yenidən qurulan istirahət parkında yerləşir.

Mərkəzdəki ulu öndər Heydər Əliyevin mənalı həyatı və xalqımızın tarixində taleyüklü rol oynayan çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş muzey naxçıvanlı şagirdlərin böyük marağına səbəb olub. Burada Ulu Öndərimizin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar, sənədlər və digər eksponatlar dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin təbliğində mühüm rol oynayır.

Sonra akt zalında Bakı Gənclər Mərkəzinin fəaliyyətinə dair təqdimat olub.

Bakı Gənclər Mərkəzi Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığının inkişafına da mühüm diqqət yetirərək onların dünyada, xüsusən Avropada gənclər sahəsində həyata keçirilən müxtəlif layihə və proqramlara cəlb olunmasına, eləcə də əcnəbi gənclərin ölkəmizdə müxtəlif tədbirlərdə və proqramlarda iştirakına çalışır.

Sonda Bakı Gənclər Mərkəzinə Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafını əks etdirən nəşr hədiyyə olunub.

Xəbərlər