USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində qeydə alınıb.

Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn “VAZ-2106” ilə toqquşub. Qəza nəticəsində “VAZ-2106″nın sərnişini dünyasını dəyişib. BMW-də isə Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qəbələ Müalicə Diaqnostika Mərkəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədidə bir qrup sakin su tapa bilmir.

“Azeri Today” “Oxu.Az”-a istinadən xəbər verir ki, rayonun Hindarx qəsəbəsində sakinlərin içməli su tələbatını ödəmək üçün yeni subartezian quyusu qazılsa da, bu günədək istifadəyə verilməyib.

Bu səbəbdən 150-dən artıq ailə içməli su cəhətdən çətinlik çəkir.

Sakinlərin içməli su tapa bilməməsinə səbəb quyuda işlərin yarımçıq qalmasıdır.

Onlar içməli suyu başqa ərazilərdən avtomobillə daşımalı olurlar. Dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də, problem həllini tapmayıb.

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində, Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığında aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki,“Report”a müraciət edən bir qrup şikayətçi sözügedən ərazidə aparılan tikinti işlərinin qanunsuz olduğunu bildirib.

Şikayətçilərin sözlərinə görə, 16 mərtəbəli üç yaşayış binasının (Süleyman Vəzirov 17a, 17b və 17c) yanında aparılan tikinti işləri onların yaşadığı binaları da təhlükəyə məruz qoyub. Buna görə də sakinlər 2018-ci ilin iyun-iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediblər. BŞİH-də müraciətə baxıldıqdan sonra tikintinin qanunsuz olaraq həyata keçirildiyi üzə çıxıb. Buna görə də ərazidə aparılan tikinti işləri dayandırılıb.

Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Report”a bildirib ki, ərazidə tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi əsasında həyata keçirilir: “Burada çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. Doğrudur, ötən il orada tikinti işlərinin aparılması müvəqqəti olaraq dayandırılıb. Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə tikinti işlərinin aparılmasının qanunauyğun olduğu barədə qərar qəbul edib. Burada qanun pozuntusundan söhbət gedə bilməz. Bütün sənədlər də qaydasındadır. Tikinti işləri “AZENN Group” MMC inşaat şirkəti tərəfindən həyata keçirilir”.

Məsələ ilə əlaqədar olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırmalara başlanılıb: “Artıq bununla bağlı Dövlət Komitəsində araşdırmalara başlanılıb və araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

17 yaşlı azərbaycanlı Türkiyənin Sabancı Universitetinə qəbul olub. Maraqlısı odur ki, 17 yaşlı Yasin Uğur 56 min dollar təqaüd alacaq.

“Azeri Today” “Oxu.az”-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, Quliyev Yasin Yalçın oğlu dünyanın bir çox unveristetlərini – Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini qazanıb. Bundan başqa o, 100/100 bursla Türkiyənin Bahçeşehir Universitetinə qəbul alıb.

Sabancı Universitetini seçən həmyerlimiz “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.

Ona 56 000 dollar təqaüd veriləcək.

Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.

“Azeri Today” “Oxu.az”-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

İdarənin tərtib etdiyi təqvimə əsasən, may ayının 5-i axşamı niyyət axşamı, Ramazanın ilk günü isə may ayının 6-sıdır.

Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gediblər.

AZƏRTAC-ın məlumatına görə, onlar qəsəbədə əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov parkda yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.

Sonra dövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

İlyas Mahmudov 2008-ci ildən vəzifəsinə xitam verilənədək Sumqayıt Şəhər Məhkəməsinin hakimi olaraq çalışıb.

2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4 110 müraciət daxil olub.

“Azeri Today” “ONA” xəbər agentliyinə istinadən xəbər verib ki, sözügedən müddət ərzində 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edildiyindən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib: “Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və fəaliyyətlərini qida təhlükəsizliyinə dair norma və qaydaların tələbərinə uyğunlaşdırmağa çağırır.

Bakıda doqquzmərtəbəli binada yanğın baş verib.

“Azeri Today” “Oxu.Az”-a istinadın xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yanğın yeddinci mərtəbədəki mənzilin mətbəx otağında başlayıb və ətrafa yayılıb. Xəsarət alan və ölən olmayıb.

Fövqəladə Hallar Nazirliyinin bildirdiynə görə, ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin bir otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Almaniyanın paytaxt Berlində azərbaycanlılar ilə çeçenlər arasında kütləvi dava olub.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, şəhərin mərkəzi Kurfürstendamm (Kudam) küçəsində “Brasil” restoranında başlayan mübahisə sonda şəhər ətrafında əlbəyaxa dava ilə nəticələnib.

Dava nəticəsində 6-7 nəfər xəsarət alıb ki, bunlardan 4-ü azərbaycanlılardır. Polisdən yayınmaq üçün xəsarət alanlar Almaniyadan çıxarılıb.

Kütləvi davanın biznes mübahisəsi zəmnində baş verdiyi bildirilir.

Xəbərlər