USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.

“Azeri Today” TASS-a istinadən xəbər verir ki, tankerin göyərtəsində ümumilikdə 12 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyənin Ankara şəhərinə güclü yağış yağıb.

Dailymotion.com xəbər verir ki, axşam saatlarından başlayan güclü yağış nəticəsində yollar iflic olub, avtomobillər yolun ortasında qalıb.

Bir çox ticarət obyektlərinin sahiblərinə güclü zərər dəyib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

“Oxu.az” xəbər verr ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki-leytenantı Knyaz Həsənov işdən azad olunaraq Şabran rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini təyin edilib.

Nazirin digər əmrə əsasən, polis mayoru Nəvayi Qasımov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavin təyin edilib

Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov özünün Moskvada, əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Bu barədə Oxu.Az-a İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin Bakı Ofisinin nümayəndəsi Elçin Axundzadə məlumat verib.

İyunun 7-də Fuad Abbasov deportasiya edilməsi barədə qərara uyğun olaraq Bakıya uçmalı idi.

O hüquq müdafiəçilərinə müraciət edərək bildirib ki, Moskva-Bakı reysi ilə aviabilet alaraq, Azərbaycana qayıtmağı planlaşdırıb. Lakin yolda olarkən onların avtomobili geri qaytarılıb və jurnalist saxlanılıb.

Fuad Abbasov bildirib ki, əgər onun ölkədən deportasiya olunması barədə qərar qüvvədədirsə, o azad edilməli və Bakıya göndərilməlidir. Əgər deportasiya haqqında qərar qanunsuz elan edilibsə, bu halda onun əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanması qanuna ziddir.

Bu səbəbə görə də Fuad Abbasov aclıq elan edib.

Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətinə baxılıb.  

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Məhkəmənin qərarına əsasən, F.Abbasov on gün ərzində Rusiyadan deportasiya edilməlidir. 

Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Z. Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə təltif edilib.

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Binanın doqquzuncu mərtəbəsində başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır.

Bu gündən my.gov.az Elektron Hökumət Portalı fəaliyyətə başlayıb

Bu gündən etibarən yeni hökumət portalı olan my.gov.az Elektron Hökumət Portalı fəaliyyətə başlayıb.

“Azeri Today” xəbər verir ki, hazırda portalda 11 dövlət qurumu 23 xidmət təklif edir.

Vətəndaşlar Azərbaycan Republikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3, Daxili İşlər Nazirliyinin 5, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) 1, Ədliyyə Nazirliyinin 5, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2, Dövlət İmtahan Mərkəziin 1, Təhsil Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1, İqtisadiyyat Nazirliyinin 1, Dövlət Miqrasiya Xidmətinin 1 xidmətindən yararlana bilərlər.

Polşanın paytaxtı Varşavada azərbaycanlı gənclərə hücum olub, xəsarət alanlar var.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, hücum edənlər milliyyətcə ruslardan ibarət sərxoş dəstə olub.

Bu il mayın 26-da baş verən hücum nəticəsində Zamiq Rüstəmov və Kitabulla Qasımov adlı azərbaycanlılar xəsarət alıblar.

Hücum edən dəstənin üzvləri qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Azərbaycanlı gənclər Polşada xırda sahibkarlıqla məşğuldurlar.

Xəbərlər