USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Bu gün səhər saatlarında Ağstafa rayonunda Böyük Kəsik dəmiryol stansiyasının yaxınlığında, bazar ərazisində güllənmə hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, 1994-cü il təvəllüdlü Elnur Süleymanovun AK markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Azeri Today” “Reort”-a istinadən xəbər verir ki, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba qızı Əhmədova, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Bundan başqa, Şərqiyyə Musayeva və övladları – Şəmiddin Musayev və Novruz Musayev, eləcə də satıcı Zeynəb Cəlilova hadisə yerində ölən şəxslərdir.

Qətli törədən şəxs isə 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur.

Rusiya Federasiyasının “Ural hava yolları” şirkətinin rəsmi mətbuat orqanı olan “UAM” jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.

“Report” xəbər verir ki, jurnal öz səhifəsində “Günəşli Ermənistana vertolyot turları” adlı reklam yerləşdirilib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, “Ural hava yolları” şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir.

Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

“Azeri Today” Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 3,2 maqnitudalı yeraltı təkanlar saat 09:23-də Lənkəran stansiyasından 22 km şimal-qərbdə Lənkəran ərazisində qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı.

Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Azərbaycan xalqı böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

“Azeri Today” xəbər verir ki, bu barədə keçmiş baş nazir Pənah Hüseyn məlumat yayıb.

Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli Qərarda dəyişiklik edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Osmanlı ordusunun generalı, Bakı fatehi Nuru paşanın şəkilləri olan avro əskinasları buraxılıb.

“Azeri Today” xəbər verir ki, bu banknot “Euro Souvenir Bank” layihəsi çərçivəsində istehsal olunub.

Layihənin müəllifi Özgür Honça adlı türkiyəli kolleksionerdir.

O, bu işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib.

“Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli avro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib

Müəyyən edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu ilin 5 ayı ərzində əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 45 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilən qanun pozuntularının aradan qaldırılması təmin edilib.

“Azeri Today”-ın bildirdiyinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, müxtəlif orqanlardan daxil olan materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Rəis müavini qeyd edib ki, törədilən inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 764300 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub: “Dövr ərzində istehsalatla əlaqəli sayılan 88 bədbəxt hadisənin təhqiqatı aparılıb, 3-ü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub”.

İ.Məmmədov əlavə edib ki, 5 ayı ərzində Xidmətin vəzifəli şəxsləri vətəndaşlardan daxil olan 3341 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatların göndərdiyi 2472 məktub və sorğunu araşdıraraq cavablandırıb.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan bu vilayətə gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.

Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Bu məlumat müxtəlif laborator ekspertizalarla təsdiqini tapıb.

Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.

Xəbərlər