USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

“Azərbaycanın təhsil sistemində, məktəblərdə qadınlar üstünlük təşkil edir”.

“Azer Today”ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsil sistemində çalışan kişilərlə qadınların nisbətinin qısa müddət ərzində bərabərləşəcəyini gözləmək düzgün olmaz: “Biz kişilərin də müəllimlik peşəsinə olan maraqlarını müşahidə edirik. Son illər müəllim olmaq istəyən kişilərin sayında da artım var. Biz bunu böyük məmnunluq hissi ilə qarşılayırıq. Təbii ki, hər zaman balansın qorunması vacib məsələlərdən biridir”.

Azərbaycanda 3 hakim vəzifəsindən azad edilib.

“Azeri Today”bildirir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib.

Qərara əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunaraq başqa işə keçiriliblər.

Həmçinin qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.

Azərbaycanda viza rəsmiləşdirilməsi üçün nota verilməsi ilə bağlı dövlət rüsumu ləğv olunur.

“Azeri Today” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.

Qanun layihəsinə əsasən, Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün nota verilməsinə görə dövlət rüsumu ləğv olunur.

Hazırda sözügedən rüsum 4 manat təşkil edir.

Bakı-Ağstafa sürət qatarı iyulun 15-də ləğv olunacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən alınan məlumata görə, Bakı-Ağstafa sürət qatarının ləğv edilməsi hərəkət qrafikinin optimallaşdırılması ilə bağlıdır:

“Orada dörd-altı vaqon var idi, indi isə ləğv edilib. Sərnişinlər bundan sonra qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər”.

QSC-dən qeyd edilib ki, Bakı-Böyük Kəsik sərnişin qatarının hərəkət saatı da dəyişdirilir:

“Artıq həmin qatar Bakı-Ağstafa sürət qatarı yola çıxan saatda hərəkət edəcək”.

“Azeri Today” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeno fərman imzalayıb.

Fərmana əsasən, Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən daim düşmənin silahlı birləşmələrinin atəşi altında olan Qazax rayonunun sərhədə ən yaxın məsafədə yerləşən Məzəm kəndində sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir.

AZƏRTAC-a istinadən xəbər verir ki, son üç ildə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, vətəndaşların xahişi nəzərə alınaraq daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.

Ötən illərdə olduğu kimi, bu il də kənd sakinlərinin müraciəti əsasında Məzəm kəndində müdafiə hasarlarının çəkilməsinə başlanıb. Hazırda kənddə inşası aparılan hasarın hündürlüyü üç metr, uzunluğu isə 486 poqonmetrdir. Artıq 400 poqonmetrlik hissədə hörgü işləri başa çatıb.

Qeyd edək ki, 65 evdən ibarət bu kənd münaqişə başlayandan 8 şəhid verib. Bu qəhrəman kənddə dörd hərbçi doğma yurdunun müdafiəsi uğrunda canından keçib. Onlardan biri – Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Birinci xanımın “İnstagram” səhifəsində paylaşılan təbrikində deyilir: “Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik.

Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm!”

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu – gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib.

“Azeri Today” xəbər verir ki, bu məlumatı Meydan TV-yə deputat Araz Əlizadə təsdiqləyib.

Allah rəhmət eləsin!

Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilmə mərasimində iştirak edib. Dövlət başçısı qeyd edib ki, son illərdə, həm Bakı şəhərində, həm də bütün bölgələrdə böyük işlər görülüb: “Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb – bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür.

Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm. Siz yaxşı bilirsiniz ki, əvvəllər Pirallahıda vəziyyət o qədər də ürəkaçan deyildi. İndi burada bütün lazımi şərait yaradılıbdır”.

Prezident qeyd edib ki, ağır vəziyyətdə yaşayan köçkünlərimizin problemləri də gündəlikdədir:

“İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində.

Xəbərlər