USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Rusiyanın Moskva şəhərində baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında azərbaycanlılar olmayıb.

Bu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

“Moskvada baş vermiş təyyarə qəzasında ölənlər və yaralılar arasında Azərbaycan vətəndaşı yoxdur”, – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, dünən baş verən hadisə zamanı 41 nəfər ölüb, 37 nəfər xilas olub.

“Son bir ildə Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb”.

“Azeri Today” “RUSARMİNFO”ya istinadən xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Karitas” Fondunun rəhbəri Armine Yepremyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2019-cu ilin aprelində 50 Ermənistan vətəndaşı Almaniyadan deportasiya edilib və ölkələrinə geri qaytarılıb.

A.Yepremyan bildirib ki, son bir ildə sığınacaq üçün Almaniyaya getmiş 218 erməni ailəsindən 148-i geri qaytarılıb.

Sayt yazıb ki, erməni ailələri Almaniyadan azərbaycanlı soyadı ilə qaçqın statusu almağa cəhd edirlər. Məlumata görə, Almaniyanın Miqrasiya Xidmətinin əməkdaşları bir müddət əvvəl “Vormser Zeitung” qəzetinə bildiriblər ki, Ermənistan vətəndaşlarının azərbaycanlı soyadı ilə Almaniyadan sığınacaq almağa çalışmalarına dair faktlar aşkarlayıblar.

Ağdam rayonunda düşmən atəşi nəticəsində zərər görmüş evlər bərpa olunur.

“Azeri Today” “Oxu.az”-a istinadən xəbər verir ki, 20 evdə son tamamlanma işləri aparılır.

Ümumilikdə bu günədək 109 evin dam örtüyü dəyişdirilib. Bərpa işlərinə 450 nəfər yerli sakin cəlb edilib. Bərpa işlərinin bu ayın sonunadək başa çatdırılacağı nəzərdə tutulur.

Bakıda azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin heykəlinin ucaldılması məsələsi nəzərdən keçirilir.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyeva bildirib.

Onun sözlərinə görə, heykəlin Səhiyyə Nazirliyinin həyətində ucaldılması təklif olunub: “Səhiyyə Nazirliyinin hazırkı binasını vaxtilə Ağa Musa Nağıyev xəstəxana kimi tikdirib və səhiyyə ocağı 2010-cu ilə qədər onun adını daşıyıb. Ağa Musa Nağıyevə Bakıda heykəlin ucaldılması arzumdur. Babamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək və bu barədə rəsmi səviyyədə mənə söz verilib. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı Nazirlər Kabinetinə artıq müraciət ünvanlayıb”.

Dövlət Gömrük Komitəsi Gürcüstan sərhədində yaranmış problemlə bağlı məsələyə münasibət bildirib.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, Gürcüstan sərhədində baş verən nasazlıq mayın 2-si saat 23:30-da aradan qaldırılıb:

“Ötən gün saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Bu məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub”.

Komitə rəsmisi qeyd edib ki, hazırda sərhədi keçən insanların və nəqliyyat vasitələrinin keçidi bərpa olunub.

Bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

Ş. Ağacanın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Bu gün saat 19-35 dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin bildirdiyinə görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Tutulan şəxs Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağabalayevadır (Ağacan).

Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Onun üzərindən bükülmüş halda narkotik maddə aşkar edilərək götürüb.

Faktla bağlı cinayət işi başlanıb.

İstanbulda səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Azeri Today”a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Mingəçevir şəhər Polis Şöbəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə yeni təyinat olub.

Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Rövşən Babayev təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Göyçay RPŞ-də eyni vəzifəni icra edib.

Xəbərlər