USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

“Azeri Today” xəbər verir ki, bu barədə A.Qasımlı partiyadakı proseslərlə bağlı keçirdiyi brifinqdə deyib.

Noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

“Azeri Today”ın Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istiandən məlumatına görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İran istiqamətində qaçmağa cəhd göstər­ib.

Bildirilib ki, “Dövlət sərhədi haqqında” qanunu­n tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olun­muş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat edib. Zərərsizləşdirilən sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olun­ub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar. Araşdırma nəticəsində zərərsizləşdirilən sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına rəhbər təyin olunub.

“Azeri Today” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncamla Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilir.

Bu gündən ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq verilir.

“Azeri Today” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə imzaladığı əmr bu gün qüvvəyə minib.

Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşları elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.

Milli Şura (MŞ) noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv edib.

“Azeri Today” xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Azərbaycan Saatı” verilişində məlumat verib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir olunub.

“Azeri Today”-ın məlumatına görə, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb.

Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.

Ə. Elçibəyin oğlu Ərturqut Əliyev Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik”, – deyə Ə. Əliyev bildirib.

Heydər Əliyev Fondundan APA-ya məlumatı təsdiqləyiblər.

Azərbaycanın Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, H.Paşayev müraciətində əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib.

H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.

Məlumatda deyilir ki, Hafiz Paşayev ADA Universitetinin rektoru vəzifəsini və Universitetin XİN-in nəzdində olduğunu nəzərə alaraq, nazirliyin Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əsasən həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan alınan məlumata görə, fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq. Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərin oktyabr ayı üzrə pensiyalarının artıq yeni artımla və əvvəlki sentyabr ayının da artımı əlavə olunmaqla bu ayın sonunadək ödənişi həyata keçiriləcək.

Bu da həmin kateqoriyadan olan insanların pensiyalarının ödənişinin əvvəlki aylarda olduğu kimi, oktyabr ayında qrafikə uyğun verilməsində gecikmənin olmadığını göstərir. Belə ki, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-30-u arası təmin edilib.

Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­maqla sər­həd pozu­cusu təqib edilib, ərazidə axtarış təd­birləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu saxlanılıb.

Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqa­vimət gös­tərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xə­sarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tib­bi yardım gös­tərilib, vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari­xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.

Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayo­nu­­nun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev yeni Baş Nazirin təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Azeri Today” xəbər verir ki, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbərlər