USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilir:

“Əməkdar müəllim”

Quliyeva Şöhrət Rüfət qızı

“Əməkdar həkim”

Məmmədov Fariz Nurəddin oğlu – tibb xidməti polkovnik-leytenantı

Abasov Rahil Fəyaz oğlu – tibb xidməti mayoru

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Mirzəyev Elşən Cəbrayıl oğlu – polkovnik

Həsənov Adil Məmməd oğlu

“Əməkdar mühəndis”

Mustafayev Elman Tapdıq oğlu – polkovnik

Yusifov Azər Əlfrat oğlu.

İlin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.

“Azer Today” “Report”-a istinadən xəbər verir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 27 il keçir.

“Report”un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.

1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

Bununla belə, o vaxtı çətin iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün deyildi. Manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əskinasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manatlıq əskinaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əskinasın yeni dizaynda hazırlanmasını həyata keçirib.

Ümumilikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trln. manatlıq 692,5 mln. ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən çıxarılıb.

2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanları isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra ilk kəskin məzənnə dəyişikliyinə məruz qalıb. Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34% ucuzlaşdırılmasına qərar verib. Buna səbəb isə 1990-cı illərin sonundan manata dəyər qazandıran neftin dünya bazarında kəskin ucuzlaşması olub. Son nəticədə dolların rəsmi məzənnəsi 0,78 AZN/USD-dən 1,05 AZN/USD-yə qədər artırılıb.

Bununla belə, neftin getdikcə ucuzlaşması və ölkəyə daxil olan dollar kültəsinin azalması fonunda yeni məzənnənin uzun müddət saxlamaq mümkün olmayıb. 2015-ci il dekabrın 21-də Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi manatı “üzən məzənnə” rejiminə keçirib. Bundan sonra ölkədə rəsmi məzənnə 1,55 AZN/USD-yə bərabər olub. Amma yeni vəziyyətdə manatın məzənnəsini ona tələbatın hansı səviyyədə olması müəyyən etdiyindən dolların və digər xarici valyutaların milli valyutaya nəzərən qiyməti mütəmadi olaraq dəyişib.

Məsələn, 2017-ci il fevralın 1-2-də 1 dollar 1,92 manata bərabər olub ki, bu da “üzən məzənnə” rejiminə keçilməsindən bəri ən yüksək həddir. 2016-cı il mayın 25-26-da isə dolların qiyməti minimum həddə – 1,49 AZN/USD-yə düşüb. Bu günə olan rəsmi məzənnə isə 1,700AZN/USD-yə bərabərdir və bu göstərici ötən il martın 7-dən bəri dəyişməyib.


“Hazırda pilotun axtarışları sürətlə davam etdirilir. Əvvəlki günlərlə müqayisədə bu gün hava şəraiti normaldır və axtarışlara mane olmur”.

“Azeri Today” “Azvision.az” -a istiandən xəbər verir ki, bunu MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hazırda axtarış yerində gəmilər, texnikalar və dalğıclar işləyir: “Təyyarənin yeri müəyyən edilib. Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Onun parçaları yığılır. Amma pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər. Axtarışlar davam edir”.

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.

29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılır.

Aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilir:

“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.

Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

“Azeri Today”ın “Report”-a istinadən verdiyi xəbərə görə, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.

Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.

Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Senytabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı oktyabrın 29-da başa çatır.

Qeyd edək ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edilib.

“Azeri Today” “RİA Novosti”yə istinadən xəbər verir ki, Mehriban Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq.

“Azeri Today” “Trend”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin bildirib.

O deyib ki, hava dəhlizi bu il avqustun 15-də açılacaq.

H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub:

“Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”.

Avqustun 9-da Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

“Azeri Today” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib:
“Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir”.

Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən birgə rəydə hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu açıqlanıb.

Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı.

Happy tourist sightseeing city with map

Bu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da ötən ilin iyul ayına nisbətən 10,6% çoxdur.”

“Azeri Today”ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qonaqların 35%-ni Rusiyadan gələnlər təşkil edib. 1 il əvvəllə müqayisədə Rusiyadan 11 min, yaxud 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə bu ölkədən 12 min və yaxud 26% daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə – 29 minə çatıb.

2019-cu ilin yanvar-iyul aylarında isə Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk 7 ayı ilə müqayisədə 122 min və yaxud 7,4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.

Xəbərlər