USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

bölgə

Gürcüstan prezidenti Salome Zurabişvili 28 May – Respublika Günü münasibətilə Azərbaycanın Tbilisidəki səfirliyində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Bununla bağlı Gürcüstan Prezidentinin saytı məlumat yayıb.

O, səfirlikdə çıxışı zamanı son zamanlar Gürcüstan və Azərbaycan arasında mübahisəli sərhəd zonaları ilə bağlı ajiotaj yaradanları tənqid edib:

“Son günlər iki dost ölkə arasında danışıqlar komissiyası yolu ilə həll olunan bəzi məsələlər ətrafında ajiotajlar eşidirik. Bizi başqa yolla aparmaq istəyən indi keçmişdədir. Həmin keçmişdə ki biz ora qayıtmayacağıq. Bu siyasi manipulyasiya iki ölkəyə, sülhə, Qafqazda stabilliyə və inkişafa zərər vurur. Bu, heç kimə lazım deyil və biz yaxşı başa düşürük ki, son hədəfə çatmaq üçün ortaq mübarizə başlamışıq”.

Zurabişvili əmin olduğunu bildirib ki, tərəflər həm Gürcüstan, həm də Azərbaycan üçün uyğun olacaq qərar qəbul edə biləcəklər. Onun sözlərinə görə, danışıqların gözəlliyi bundadır.

Prezident bir daha qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər dostluq və ümumi maraqlara əsaslanır.

Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ olub.

“Azeri Today” “İnterfaks”-a istinadən xəbər verir ki, nəticədə Buynaksk şəhərində beş məktəb, uşaq bağçası və gimnaziyanın yerləşdiyi binalara ziyan dəyib.

Şəhər ətrafında yerləşən qəsəbələrin birində 20 fərdi ev ziyan görüb.

Yerli sakinlər sosial şəbəkələrdə zəlzələdən sonra evlərinin düşdüyü vəziyyəti əks etdirən videolar paylaşıblar.

Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısına telefonla zəng edib.

“Azeri Today”-ın bildirdiyinə görə, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Məlumatda bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövləti başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Rusiyanın Moskva şəhərində baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında azərbaycanlılar olmayıb.

Bu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

“Moskvada baş vermiş təyyarə qəzasında ölənlər və yaralılar arasında Azərbaycan vətəndaşı yoxdur”, – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, dünən baş verən hadisə zamanı 41 nəfər ölüb, 37 nəfər xilas olub.

“Son bir ildə Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb”.

“Azeri Today” “RUSARMİNFO”ya istinadən xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Karitas” Fondunun rəhbəri Armine Yepremyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2019-cu ilin aprelində 50 Ermənistan vətəndaşı Almaniyadan deportasiya edilib və ölkələrinə geri qaytarılıb.

A.Yepremyan bildirib ki, son bir ildə sığınacaq üçün Almaniyaya getmiş 218 erməni ailəsindən 148-i geri qaytarılıb.

Sayt yazıb ki, erməni ailələri Almaniyadan azərbaycanlı soyadı ilə qaçqın statusu almağa cəhd edirlər. Məlumata görə, Almaniyanın Miqrasiya Xidmətinin əməkdaşları bir müddət əvvəl “Vormser Zeitung” qəzetinə bildiriblər ki, Ermənistan vətəndaşlarının azərbaycanlı soyadı ilə Almaniyadan sığınacaq almağa çalışmalarına dair faktlar aşkarlayıblar.

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedevi evində qəbul edib.

“”Azeri Today” Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Medvedevin səfərini önəmli adlandırıb.

Baş nazir qeyd edib ki, öz evində ancaq “qiymətli qonaqları” qəbul edir.

Qeyd edək ki, Medvedev 30 apreldə İrəvanda keçirilən Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

“Azeri Today” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, D.Sanasaryana qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən ittiham irəli sürülüb.

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Biz birgə çox önəmli layihələrə imza atmışıq”.

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze AŞPA-nın yaz sessiyasında Azərbaycanın nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla bağlı sualına cavabında deyib.

“Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini həyata keçirmişik və Cənub Qaz Dəhlizi kimi mühüm regional enerji layihələsi icra olunur. Lakin hesab edirəm ki, biz Xəzər dənizinin sərvətlərindən kifayət qədər istifadə etmirik. Biz Avropanın enerjiyə olan tələbatını təmin etmək üçün daha yaxından iştirak etməliyik. İstərdim ki, birgə daha böyük layihələrə imza ataq”,- deyə baş naziri bildirib.

Qazaxıstanın prezidenti vəzifələrini icra edən Kasım-Jomart Tokayev respublikada keçirilşəcək növbədənkənar prezident seçkilərinin tarixini elan edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Növbədənkənar seçkilərin iyunun 9-da keçirilməsi ilə bağlı qərar qəbul etmişəm”, – deyə K.Tokayev öz müraciətində bildirib.

O bildirib ki, növbədənkənar seçkilərlə bağlı qərar olduqca vacibdir.

İstanbuldakı seçkilərin nəticələri, demək olar ki, tamamilə saxtalaşdırılıb.

Ntv.com.tr portalının məlumatına görə, bu fikirləri Moskvaya səfərindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, günahkarların üzə çıxarılması üçün Ədalət və İnkişaf Partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edib.

O əlavə edib ki, hakim partiya seçicilərin aldadılmasına imkan verməyəcək.

“Heç kimin 10 milyondan çox seçicisi olan İstanbulda 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur”.

Xəbərlər