USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

bölgə

“Lazımi prosedurdan sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq üçün parlamentə göndəriləcək”.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

O qeyd edib ki, indiyədək “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ilə bağlı hər bir qərar Milli Təhlükəsizlik Ali Şurası və İranın Ali liderinin icazəsi və imzası ilə verilib: “Lazımi prosedur keçdikdən sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ratifikasiya üçün parlamentə göndəriləcək”.

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.

Bu ilin 6 ayı ərzində Ermənistan silahlı qüvvələrində ümumilikdə 425 cinayət hadisəsi qeydə alınıb.

“Azeri Today” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Baş Prokurorluğunun Mətbuat xidməti yayıb.

Baş verən cinayət hadisələrindən 414-nün üstü açılıb. Hesabat dövründə işğalçı ölkənin ordusunda 52 ağır, 14 xüsusi ilə ağır cinayət törədilib. Xüsusi ilə ağır cinayətlərdən 7-si ölüm faktı ilə bağlı olub.

Son altı ayda Ermənistan silahlı qüvvələrində 159 halda səlahiyyət həddinin aşılması və hərbi nizamnamənin pozulması faktı qeydə alınıb. 11 dəfə hərbi mülkiyyətdən istifadə və onun qorunması qaydalarının pozulması halı baş verib.

Hesabat dövründə silahlı qüvvələrdə vəzifəli şəxslərin 28 dəfə cinayət törətdiyi qeydə alınıb. Bu müddət ərzində cinsi toxunulmazlıqla bağlı bir cinayət hadisəsi baş verib.

“Rusiyanın postsovet məkanı ilə bağlı gündəmi birləşdirici xarakter daşıyır”.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.

O, Moskvanın postsovet məkanı ilə bağlı gündəminin regionda yerləşən ölkələrin sosial-iqtisadi inkişafının stimullaşdırılmasına, inteqrasiya prosesinin uyğunlaşdırılmasına, kollektiv təhlükəsizliyin, təhlükə və çağırışlara qarşı birgə reaksiya potensialının möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib.

“Ukrayna, Gürcüstan və Ermənistandakı siyasi proseslərə sözsüz ki, laqeyd deyilik. Ona görə ki, burada söhbət qardaş xalqlardan gedir. Hansılarla ki, bizi bir dövlətdə yaşamağımız daxil olmaqla, uzun tarixi münasibətlər bağlayır. Təəssüflər olsun ki, Sovet İttifaqının dağılmasından sonra Qərb inandı ki “tarixin sonu” gəlib çatıb, ona bu və ya digər dövlətlərin daxili işlərinə kobud sürətdə qarışmağa, daxili siyasi prosesləri idarə etməyə icazə verilib. Ukrayna buna bariz nümunədir. Ermənistanda isə vəziyyət fərqlidir. Ermənistanla strateji, müttəfiqlik münasibətləri qurulub. O ki qaldı Gürcüstana, əminəm ki, gürcü xalqı rusiyalıları düşmən hesab etmir”, – Rusiya XİN başçısı vurğulayıb.

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinin (ZRK) komponentlərinin ilk partiyası Ankaraya tədarük edilib.

“Habertürk”ün məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan paytaxtı Yerevan şəhərinin elektrik təchizatında fasilə yaranıb və bununla əlaqədar hazırda metrodan sərnişinlər təxliyyə olunurlar.

“Azeri Today” Ermənistan KİV-lərə istinadən xəbər verir ki, paytaxtın hər yerində elektrik təchizatı dayandırıldığından telefon rabitəsi və internetdə də çətinliklər yaranıb.

“Ermənistan Elektrik Şəbəkələri” QSC-dan hadisənin səbəblərini müəyyənləşdirmək üçün yoxlamalar aparıldığını bildiriblər.

Baş nazir müavini Tiqran Aviniyan “Facebook” səhifəsində enerji sistemindəki qəza ucbatından Yerevan İES-in və Razdan İES-in 5-ci blokunun fəaliyyətini dayandırdığını açıqlayıb.

Baş nazir müavini İstilik Elektrik Stansiyalarında baş verən qəza ilə bağlı ölkə boyu elektrik təchizatının dayana biləcəyini bildirib.

Bu gün Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin anbarında partlayış olub.

REN TV bildirir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda Arısda hərbi hissənin yaxınlığındakı evlərdən sakinlərin təhlükəsizlik məqsədilə Şımkənd şəhərinə təxliyyəsinə başlanıb.

Ölən və yaralılar barədə məlumat daxil olmayıb.

İstanbulda təkrar bələdiyyə sədri seçkilərində rəqibim Əkrəm İmamoğlu öndədir.

“Azeri Today” xəbər verir ki, bunu canlı efirdə hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ə.İmamoğlunu təbrik etdiyini bildirib:

“İmamoğlunun İstanbula gözəl xidmət etməsini arzulayıram”.

İlkin nəticələrə görə, Əkrəm İmamoğlu 53,69 faiz, Binəli Yıldırım isə 45,39 faiz səs toplayıb.

Polisin xüsusi təyinatlı qüvvələri Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyasını dağıdıb.

“Sputnik” bildirir ki, polis əməkdaşları mitinq iştirakçılarının həbsinə başlayıb.

Aksiya iştirakçılarına qarşı iki dəfə gözyaşardıcı qaz tətbiq olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb.

Parlamentin binası qarşısında yaranan qarşıdurma zamanı 70-ə yaxın insan xəsarət alıb. Onlardan 30 nəfərinın etirazçı, 39 nəfərinın polis əməkdaşı olduğu bildirilir.

Yaralananlar arasında jurnalistlər də var.

Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.

“Azeri Today” TASS-a istinadən xəbər verir ki, tankerin göyərtəsində ümumilikdə 12 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyənin Ankara şəhərinə güclü yağış yağıb.

Dailymotion.com xəbər verir ki, axşam saatlarından başlayan güclü yağış nəticəsində yollar iflic olub, avtomobillər yolun ortasında qalıb.

Bir çox ticarət obyektlərinin sahiblərinə güclü zərər dəyib.

Xəbərlər